SON XƏBƏRLƏR

Lukaşenko: “Mövqeyimizi Moskvaya satmaq niyyətində deyilik”

2021.10.20, 07:36
Lukaşenko: “Mövqeyimizi Moskvaya satmaq niyyətində deyilik”

Gunaz.tv
Belarus prezidenti Rusiyanın yanında olmalarının müftə olmadığını açıq bəyan edib Belarus Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı özü qərar qəbul edəcək və mövqeyini “satmaq” niyyətində deyil. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın iri qəzetlərinə müsahibəsində bildirib. Lukaşenko bəyan edib ki, ona şərt irəli sürüblər – Abxaziya və Cənubi Osetiyanın tanınması müqabilində 500 milyon dollarlıq kredit: “Artıq iş o yerə çatıb ki, mənə deyirlər – Abxaziya və Cənubi Osetiya olsa, 500 milyon dollarlıq kredit də olacaq. Biz isə heç bir məsələni və mövqeyimizi satmaq istəmirik. Bizim tariximizdə bu olmayıb, olmayacaq da. Biz məsələni özümüz həll edəcəyik. Özü də ki, Abxaziya və Cənubi Osetiya liderləri bizi başa düşürlər”. Belarus prezidenti onu da bəyan edib ki, Rusiyaya göstərdikləri strateji köməkliyin qiymətsizdir. Bununla bağlı o, Rusiyanın iqtisadi böhran zamanı göstərdiyi iqtisadi yardımın az olduğunu vurğulayıb: “Siz elə düşünürsüz ki, Moskvaya aparan yolda qalxan kimi dayanmaq üçün 10 milyon dollar çoxdur? Bu bəyəm pulsuzdur? Belarus sizin üçün vacib deyil? Vacibdir. Belarus bu gün ordu, HHM və sairədir. Siz hesab edirsiniz ki, bu müftə olmalıdır?”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar