SON XƏBƏRLƏR

Güney Azərbaycanlılar Urmu gölünü dəstəkləyən bannerlər qaldırıblar

2025.05.30, 12:29
Güney Azərbaycanlılar Urmu gölünü dəstəkləyən bannerlər qaldırıblar

İranın Ətraf Mühit Təşkilatının rəhbərinin Təbrizdə keçirilən iclasında və Azərbaycan Velosiped Turunda Azərbaycanlılar əllərində Urmu gölünü dəstəkləyən pankartlar tutublar.

Gunaz.tv

Azərbaycan vətəndaşları İranın Ətraf Mühit Təşkilatının rəhbərinin iclasının keçirildiyi Təbrizin Şəhriari otelinin qarşısında "Urmiya gölü hövzəsi bir ildə Urmu gölünün illik yağıntısının ən azı beş qatını alır. Urmu gölü tamamilə bərpa oluna bilər" yazılı pankart açıblar.

Pankartlarda Urmu gölünün bərpası üçün həll yolları belə ifadə edilib:

“İcazəsiz quyuların bağlanması, icazə verilən quyuların təyinatına uyğun işlədilməsi, Urmu gölündən qiymətli torpaq və duzların çıxarılmasının qadağan edilməsi, becərmə və kənd təsərrüfatının mexanizasiyasının dəyişdirilməsi, fabriklərin və su istehlakçılarının Urmu gölünün suyunu tamamilə təkrar emal edilməsi."

Bundan başqa, Azərbaycan Velosiped Turu mərasimində daha bir neçə Güney Azərbaycanlı üç dildə: türk, ingilis və fars dillərində yazılmış pankart açaraq Urmu gölünün qurudulmasına diqqət çəkiblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar