SON XƏBƏRLƏR

Ermənistanda "səfir böhranı"

2021.10.20, 07:36
Ermənistanda "səfir böhranı"

Gunaz.tv
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən İşğalçı ölkə maliyə problemləri ucbatından bir neçə ölkədə diplomatik missiyalarının açılması prosesini dayandırıb Yaranmış böhrana görə Ermənistan üç ölkədə - Finladiya, Litva və Yaponiyada səfirliklərin açılması prosesini dayandırmaq məcburiyyətində qalıb. Bu barədə ölkə parlamentinin iclasında büdcənin yerinə yetirilməsilə bağlı çıxış edən Ermənistan xarici işlər nazirinin müavini Arman Kirokasyan parlamentarilərə məlumat verib. Onun sözlərinə görə, hökumət 2009-cu ilin sonlarınadək problemin aradan qaldırılmasına çalışacaq: "Ermənistanın dünyanın müxtəlif ölkələrində 47 diplomatik nümayəndəliyi var. Ancaq onların yerləşdiyi binalardan yalnız 14-ü Ermənistanın mülkiyyətidir. Biz mülkiyyətimizdə olan binaların sayını artırmalıyıq. Hazırda diaspor qurumları tərəfindən Ermənistan hökumətinə 12 bina hədiyyə edilib. Hazırda biz bu binaların Ermənistanın mülkiyyətinə keçməsi üçün müvafiq işlər aparırıq. Bu prosesdən sonra həmin binalar da dövlətin mülkiyyətinə keçəcək". Kirokasyan bildirib ki, hazırda diplomatik missiyaların yerləşdiyi 15 bina icarəyə götürülüb. Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar