SON XƏBƏRLƏR

AĞ EV SAHİBİNİN ÇIXIŞINA İRAN, FƏLƏSTİN və “ƏL-QAİDƏ”dən REAKSİYALAR

2021.10.20, 07:36
AĞ EV SAHİBİNİN ÇIXIŞINA İRAN, FƏLƏSTİN və “ƏL-QAİDƏ”dən REAKSİYALAR

Gunaz.tv
ABŞ prezidenti Barak Obamanın Misirdə müsəlman dünyasına ünvanladığı mesajlara ilkin reaksiyalar verilib. İranın dini lideri ayətullah Seyid Əli Xamneyi Obamanın çıxışının ABŞ-la islam dünyasının münasibətlərini yoluna qoymağa yetməyəcəyini deyib. O, yeni hökumətin sözlər, çıxış və şüarlarla ABŞ-ın “çirkin, diksindirici və qaba” üzünü dəyişdirməyə cəhd etdiyini söyləyib və islam dünyasının Vaşinqtondan siyasətdə ciddi dəyişikliklər gözlədiyini vurğulayıb. Fələstin hökuməti isə Obamanın çıxışının Yaxın Şərq siyasətində yaxşı başlanğıc olduğunu bəyan edib. “Həmas” sözçüsü Fevzi Barhum Obamanın çıxışının açıq dəyişiklik mesajı olduğunu, amma ABŞ prezidentinin sözlərində ziddiyyətlərin də müşahidə edildiyini deyib. O qeyd edib ki, bu, ABŞ-ın dünyadakı imicini düzəltməyə yönəlik nəzakət çıxışıdır. “Əl-Qaidə” isə Obamanın çıxışından dərhal sonra savaş çağırışı edib. Ben Ladenə aid olduğu deyilən audiokasetdə müsəlmanlar “kafirlər və casuslarla uzunmüddətli savaşa” çağırılıb: “Ya islam yolunda yaşayarıq, ya da qürurumuzla ölərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar