SON XƏBƏRLƏR

Azərbaycan xalqının dilini və tarixini saxtalaşdıran şəxs Təbrizdə danışmağa dəvət edilib

2025.05.31, 13:00
Azərbaycan xalqının dilini və tarixini saxtalaşdıran şəxs Təbrizdə danışmağa dəvət edilib

Azərbaycan xalqının dilini və tarixini saxtalaşdırmaqla məşğul olan Həsən Ənvəri Təbrizdə danışmağa dəvət edilib.

Gunaz.tv

Fars Dili Akademiyasının üzvü Həsən Ənvərinin Azərbaycan türk xalqının dili və tarixi ilə bağlı yalan və həqiqətə uyğun olmayan açıqlamaları Azərbaycan xalqını qəzəbləndirdiyi halda, “Şəhriyar Araşdırmalar Vəqfi” bu şəxsi mayın 31-u şənbə günü axşam Təbrizdə keçirilən mərasimdə çıxış etməyə dəvət edib.

Bir müddət əvvəl Həsən Ənvəri İRNA-ya bağlı media proqramında çıxış edərək, Azərbaycan xalqının türk dilini “azəri” adlandırıb və onu yanlış olaraq İran dili hesab edib və gülünc bir bəyanatla Azərbaycan türklərinin Osmanlı istilasından sonra türkləşdiyini iddia edib.

Nəticədə, Bir çox Azərbaycan vətəndaşları, tədqiqatçıları, mədəniyyət fəalları bu yalan bəyanatlara reaksiya veriblər.

Bu etirazlara baxmayaraq, Azərbaycan xalqının vergiləri hesabına maliyyələşən bir qurum olan Şəhriyar Araşdırma Vəqfi bu həssaslıqlara məhəl qoymadan həmin şəxsi Təbrizdə çıxış etməyə dəvət edib.

Qeyd edək ki, Şəhriyar Araşdırma Vəqfi böyük Şəhriyarın adını daşısa da, İranşəhri aşistlərinin Təbrizdəki yuvalarından biridir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar