SON XƏBƏRLƏR

Baş nazir İrana cavab verdi

2021.10.20, 07:36
Baş nazir İrana cavab verdi

Gunaz.tv
Baş nazir deyir ki, prezident Peresin səfəri zamanı İsrail-Azərbaycan münasibətləri müzakirə olunacaq İlqar Rəsul «İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərə gəlməsinin İrana heç bir aidiyyatı yoxdur». Baş nazir Artur Rasizadə iyunun 5-də jurnalistlərə belə deyib. İran rəsmiləri bəyan ediblər ki, İsrail prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə təsir göstərəcək. Baş nazir deyir ki, prezident Peresin səfəri zamanı İsrail-Azərbaycan münasibətləri müzakirə olunacaq. Bundan əvvəl Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bəyan edib ki, İranın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur. İsrail prezidenti Şimon Peres iyunun sonlarında Azərbaycana gələcək. Səfər zamanı dövlət başçısını İsrail iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar