SON XƏBƏRLƏR

İRANDA SEÇKİ RƏQABƏTİ QARŞIDURMALARLA MÜŞAYƏT OLUNUR

2021.10.20, 07:36
İRANDA SEÇKİ RƏQABƏTİ QARŞIDURMALARLA MÜŞAYƏT OLUNUR

Gunaz.tv
Ayətullah Xamneyi qarşıdurmalar münasibət bildirib: "O, ya xaindir, ya da qafil” İyunun 4-də İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin vəfatının 20-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən ölkənin dini rəhbəri ayətullah Əli Xamneyi İran prezidentliyinə namizədlərin tərəfdarlarını hər hansı qarşıdurmadan, toqquşmadan çəkinməyi tələb edib. İyunun 3-də İran Dövlət Televiziyasında prezidentliyə namizədlər - indiki prezident Mahmud Əhmədinejadla onun azərbaycanlı rəqibi Mirhüseyn Musəvi arasında debat keçirilib. Teledebat başa çatandan sonra Əhmədinejadın tərəfdarları dövlət televiziyasının binası qarşısında, Musəvinin tərəfdarları isə Tehran Universiteti ətrafında və Vənək meydanında toplaşaraq rəqib namizədə qarşı şüarlar səsləndirməyə başlayıblar. Televiziya binasının qabağı qələbəlik olduğundan təhlükəsizlik qüvvələri M.Əhmədinejadı əsas girişdən yox, başqa qapıdan çıxarmaq məcburiyyətində qalıblar. Polis əhalini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə polislə vətəndaşlar arasında müəyyən qədər qarşıdurma da yaranıb. Şəhərin başqa yerlərində də Əhmədinejadla Musəvi tərəfdarları arasında bir neçə qarşıdurmanın yarandığı bildirilir. “Media forum”un məlumatına görə, ayətullah Xamneyi xarici kütləvi informasiya vasitələrinin bu qarşıdurmalardan istifadə etdiyini bildirib: “Əgər qarşıdurma və iğtişaş törətməkdə israrlı bir şəxsə rast gəlsəniz, bilin ki, o, ya xaindir, ya da qafil”. Namizədlərdən hər birinin özünütəsdiq naminə rəqibini inkar etməyə başlamasını pisləyən ayətullah Xamneyi bütün namizədlərin eyni hədəf uğrunda çalışmalı olduğunu deyib: “Mən debat və danışığa qarşı deyiləm. Lakin namizədlər çalışmalıdır ki, bu iş düzgün dini və şəriət çərçivəsindən çıxmasın”. Dini rəhbərin sözlərinə görə, o, heç kəsə məsləhət vermir ki, hansı namizədə səs versinlər: “Mənim bircə səsim var. Güman edirəm ki, mənim kimə səs verəcəyimi heç kəs bilmir. Bəlkə kimlərsə təxmin edə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar