SON XƏBƏRLƏR

Təbriz CNG Stansiyasının İşçiləri Tətil edir

2025.06.03, 11:27
Təbriz CNG Stansiyasının İşçiləri Tətil edir

Əməkhaqqıların ödənilməməsinə görə Təbriz bələdiyyəsinə bağlı CNG yanacaqdoldurma məntəqələrində çalışan işçilər tətilə başlayıblar.

Gunaz.tv

Bazar günü səhər saatlarında başlayan tətil şəhər boyu bir sıra əsas məntəqələrin bağlanmasına səbəb olub və qazla işləyən avtomobillərin yanacaq təchizatını dayandırıb.

Bu məntəqələrdə çalışan işçilər bir neçə aydır maaşlarının və tələblərinin ödənilmədiyini, məmurların vədlərinə baxmayaraq, problemin həlli üçün heç bir tədbir görülmədiyini bəyan ediblər.

İndiyə qədər Təbriz Bələdiyyəsinin rəsmilərindən heç biri işçilərin maaşları ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, sözü gedən yanacaqdoldurma məntəqələrinin18-i Sərnişin Terminallarına, 5-i taksi təşkilatına, yerdə qalanları isə Təbriz Bələdiyyəsi Tullantı Təşkilatına, avtobus təşkilatına məxsusdur.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar