SON XƏBƏRLƏR

ABŞ qanuni Fələstin dövləti tələbinə arxa çevirməyəcək

2021.10.20, 07:36
ABŞ qanuni Fələstin dövləti tələbinə arxa çevirməyəcək

Gunaz.tv
Barak Obama Misirin Qahirə universitetində çıxış edərkən belə deyib ABŞ qanuni Fələstin dövləti tələbinə arxa çevirməyəcək. Bu barədə ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Misirin Qahirə universitetindən müsəlmanlara səslənərkən deyib. "Fələstin xalqının hazırkı vəziyyəti dözülməzdir. Amma Fələstin və israillilərin sülh içində yaşadığı iki dövlətlə problemi həll etmək olar. Biz qanuni Fələstin dövləti tələbinə arxa çevirməyəcəyik" - deyə Obama bəyan edib. Onun sözlərinə görə, sülhün yaranması üçün Fələstin və İsrail öhdəlikləri yeri yetirməli, şiddəti bir kənara qoymalıdırlar. Fələstin xalqını birləşdirmək üçün "Həmas" zorakılığa son verməlidir. "Həmas" razılıqları, İsrailin mövcudluğunu tanımalıdır. ABŞ prezidenti hesab edir ki, Qəzzada baş verən böhran İsrailin təhlükəsizliyinə xidmət etməyəcək. "ABŞ sülh tərəfdarları ilə əməkdaşlıq edəcəkdir", - deyə Obama vurğulayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar