SON XƏBƏRLƏR

Ayətullah Əli Xamneyi:"Yaxın Şərqdə ABŞ-a qarşı dərin nifrət var"

2021.10.20, 07:36
Ayətullah Əli Xamneyi:"Yaxın Şərqdə ABŞ-a qarşı dərin nifrət var"

Gunaz.tv
İranın Ali dini lideri bu münasibəti aradan qaldırmaq üçün ABŞ-ı konkret addım atmağa çağırıb İranın Ali dini lideri Ayətullah Əli Xamneyi Barak Obamanın Misirdən müsəlmanalara müraciəti öncəsi açıqlama verib. O, Yaxın Şərqdə ABŞ-a qarşı dərin nifrət olduğunu bildirib. İmam Xomeyninin ölümünün 20 illiyi münasibəti ilə televiziyada yayımlanan müraciətində ABŞ-a qarşı duyulan nifrətin "şüarlar" ilə deyil "iş" ilə dəyişə biləcəyini qeyd edib. "ABŞ-ın müsəlman dünyası ilə gözəl danışması bu münasibəti dəyişməyəcək. Addım atmaq lazımdır". O, İsrail barədə də danışmağı unutmayıb. Ayətullah Əli Xamneyi bu ölkəni müsəlman dünyasının "qəlbindəki xərçəng şişi" adlandırıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar