SON XƏBƏRLƏR

Azərbaycanlı Fotoqrafi Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində İkinci yeri qazanıb

2025.06.04, 11:32
Azərbaycanlı Fotoqrafi Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində İkinci yeri qazanıb

Əhərdən olan azərbaycanlı Fotoqrafi Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində “İlin ən yaxşı portreti” nominasiyası ilə ikinci yeri qazanıb.

Gunaz.tv

Müsabiqə 174 ölkədən 112 mindən çox fotoqrafın iştirakı ilə keçirilib.

Onun fotosu “35 Mükafat” qlobal müsabiqəsində “2024-cü ilin ən yaxşı portreti” nominasiyasında mükafat qazanmışdır. Bu uğur Əhər və Azərbaycanın qədim incəsənət tarixi üçün çox önəmlidir, çünki “şəhər əhalisinin real həyatı ilə təsvirlərin çəkiliş sənətini birləşdirən” əhəmiyyətli foto əsəri ilk dəfə olaraq əhəmiyyətli dünya arenasında belə bir mövqe qazanmışdır.

Qeyd edək ki, sərgidə mükafat qazanmış fotoşəkillər kitab şəklinə salınaraq nəşr ediləcək.

Fərzad Acori konseptual portretində Əhərdə qocaman bir dükançının gündəlik hekayəsini çox simvolik və indiyə qədər gördüklərimizdən fərqli şəkildə şərh edir.

Fərzad Acori tanınmış musiqiçi, səs mühəndisi, fotoqraf və kinorejissordur və iyirmi ildən artıqdır ki, "səs və görüntü" ixtisası sahələrində çalışır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar