SON XƏBƏRLƏR

Salmaslı fəal barədə ağır həbs qərarı qüvvədə saxlanıldı

2025.06.04, 11:49
Salmaslı fəal barədə ağır həbs qərarı qüvvədə saxlanıldı

Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi güney azərbaycanlı vətəndaş fəalı Həmid Abbasiyə verilən 9 il 9 ay 5 günlük həbs cəzasını, hüquqi prosedura riayət etmədən qüvvədə saxlayıb.

Gunaz.tv

Bu qərar Salmas Kəşfiyyat İdarəsinin bilavasitə göstərişi ilə qəbul edilib.

Belə ki, Cinayət Prosessual Məcəlləsinin 455-ci maddəsinin “A” bəndinə istinad edilərək, müdafiə qanunu layihəsinə baxılmadan və açıq məhkəmə iclası keçirilmədən müdafiə tərəfinin etirazı rədd edilib.

Qeyd edək ki, azərbaycanlı fəalın həbsindən sonra dindirilmə, ittihamların izahı, ittiham aktının verilməsi, hökmün çıxarılmasının bütün mərhələləri təhlükəsizlik qurumlarının, xüsusilə Salmas Kəşfiyyat İdarəsinin təsiri və rəhbərliyi altında həyata keçirilib və əsas məqsəd Abbasinin Azərbaycan xalqının milli və insan haqlarının müdafiəsi istiqamətində apardığı mülki və dinc fəaliyyətini yatırtmaq olub. Həmçinin, təhlükəsizlik əməkdaşlarının keçirdiyi reyd zamanı onun şəxsi əşyaları qanuni protokol olmadan və cavabdehin imzası olmadan müsadirə edilib.

Məsələ ilə əlaqədar olaraq, işdəki bütün sənədlər, sübutlar və ziddiyyətlər, o cümlədən insan haqlarının geniş şəkildə pozulması və təhlükəsizlik orqanlarının açıq-aşkar müdaxiləsi rəsmi araşdırma üçün BMT-nin İran üzrə faktların araşdırılması komitəsinə göndərilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar