SON XƏBƏRLƏR

Azərbaycan veloturunun final mərhələsində türkiyəli velosipedçi dünyasını dəyişib

2025.06.05, 11:25
Azərbaycan veloturunun final mərhələsində türkiyəli velosipedçi dünyasını dəyişib

37-ci Azərbaycan Beynəlxalq Velosiped Turunun beşinci - sonuncu mərhələsində qəza keçirən türkiyəli velosipedçi Mustafa Ayyurkun Təbrizin İmam Rza xəstəxanasında dünyasını dəyişib.

Gunaz.tv

Səreindən Təbrizə qədər keçirilən yarışın bu mərhələsində Türkiyənin Sportoto komandasının idmançıları arasında toqquşma baş verib.

Toqquşmadan sonra komandanın 21 yaşlı üzvü Mustafa Ayyurkun başından və boyundan ağır xəsarətlər alıb. O, dərhal Sərab xəstəxanasına köçürülüb, daha sonra Təbrizdəki İmam Rza xəstəxanasına göndərilib. Həkimlərin səyinə baxmayaraq, idmançı təəssüf ki, beyin silkələnməsi nəticəsində dünyasını dəyişib.

Türkiyənin idman və gənclər naziri Azərbaycan Turunda bu ölkədən olan velosipedçi Mustafa Ayyurkun un vəfatı ilə bağlı başsağlığı verib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar