SON XƏBƏRLƏR

Obama Qahirədə Sultan Həsən məscidinə gedib - YENİLƏNİB

2021.10.20, 07:36
Obama Qahirədə Sultan Həsən məscidinə gedib - YENİLƏNİB

Gunaz.tv
ABŞ prezidenti: “Quran”a and içmişəm” Misirdə səfərdə olan ABŞ prezidenti Barak Obama Qahirənin ən gözəl tarixi abidələrindən olan sultan Həsən məscidini ziyarət edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, onun məscidi ziyarəti Misir televiziyasının birbaşa efirində nümayiş etdirilib. Ziyarət zamanı Obamanı ABŞ dövlət katibi Hillari Klinton və misirli ekskursiyaçı müşayiət edib. Maraqlıdır ki, ABŞ prezidenti məscidə Qahirə universitetində çıxışı ərəfəsində olub. Qahirə universitetində çıxış edən Obama müsəlmanlara müraciət edib. O, məqsədinin müsəlmanlar və ABŞ arasında yeni münasibətlər qurulması olduğunu vurğulayıb: “11 sentyabrdan sonra bəzi amerikalılar İslamı qarşı düşmən münasibət bəsləməyə başlayıblar. Mən bu stereotipləri dəyişmək istəyirəm. Bəşəriyyət İslamın qarşısında borcludur. İslam öz dəyərlərini uzun əsrlər ərzində müdafiə edib, dini dözümlülük və dini bərabərlik nümayiş etdirib. İslam ilk gündən Amerika tarixinin bir hissəsi olub”. Prezident Obama çıxışında “Qurani-Kərim”dən çoxlu sayda sitatlar gətirib: “Quran”da deyilir ki, hər zaman həqiqəti söyləyin. Biz də buna əməl etməli, hər zaman həqiqəti söyləməliyik. Obama keniyalı ailədə dünyaya gəldiyini, uşqlıqda yuxudan azan səsinə oyandığını xatırladıb. O, hətta “Quran”a and içərək, ABŞ Konstitusiyasını müdafiə etdiyini deyib. “İslam ABŞ-ın bir parçasıdır”, - deyən prezident bildirib ki, içində yaşadığımız toplumu sevmək Tanrını sevməyə bərabərdir: “Quran”da deyilir ki, bir məsumu oldürən bütün insanları öldürmüş sayılır. Eyni zamanda, “Quran”da o da deyilir ki, bir insanı xilas edən bütün insanları xilas etmiş sayılır. İnsanlığa sevgimizi göstərməliyik”. ABŞ prezidenti çıxışında Türkiyəni öyüb: “Türkiyə qadınların lider olduğu önəmli islam ölkəsidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar