SON XƏBƏRLƏR

DAK-ın təşəbbüsü ilə Ukrayna televiziya kanalında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı veriliş yayımlandı

2021.10.20, 07:36
DAK-ın təşəbbüsü ilə Ukrayna televiziya kanalında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı veriliş yayımlandı

Gunaz.tv
26 may 2009-cu il tarixində Ukraynanın Xarkov şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Ukrayna Nümayəndəliyinin təşəbbüsü ilə bütün İslam Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) yaranmasinin 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. DAK Ukrayna Nümayəndəliyinin rəhbəri, Ukraynada nəşr olunan “Okno v mir” qəzetinin baş redaktoru Oqtay Rüstəmovun və DAK-in Xarkov vilayəti üzrə rəhbəri, sülh səfiri Fikrət Vəliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə DAK IH-nin üzvləri, təşkilatın fəalları, müxtəlif millətlərdən olan Azərbaycanşünas alimlər, Ukrayna Elmlər Akademiyasının və Kiyev Dövlət Universitetinin əməkdaşları, vilayət və şəhər sovetinin nümayəndələri, millət vəkilləri, Ukrayna Jurnalistlər Birliyi IH-nin üzvləri, Ukraynadakı azsaylı xalqların təmsilçiləri və yerli KIV nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə DAK Ukrayna Nümayəndəliyinin rəhbəri Oqtay Rüstəmov açmişdir. O öz giriş nitqində Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) yaranmasi və həmçinin 1917-1919-cu illərdə müstəqil Ukrayna Xalq Respublikasının tarixi ilə bağlı qısa məlumat vermişdir. Oqtay Rüstəmov çıxışının sonunda DAK Ukrayna Nümayəndəliyi adından Xarkov şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin, Azərbaycanda isə Ukrayna Xalq Respublikasinin banisi Mixail Sergeyeviç Qruşevskinin (1866-1934) heykəlinin qoyulmasına şərait yaradılması ilə bağli Ukrayna prezidenti V.A.Yuşşenkoya rəsmi müraciəti ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin banisi, ulu öndər M.Ə.Rəsulzadə və Cumhuriyyət tarixi ilə bağli maraqlı məruzə və çıxışlar dinlənilmişdir. Baki Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Azərbaycan Xalq Cumhuriyyətinin təşəkkülünü şərtləndirən amillər, onun tarixi-siyasi əhəmiyyəti və Cumhuriyyətin yaranmasında ulu öndər M.Ə.Rəsulzadənin xidmətləri ilə bağlı elmi qaynaqlar və arxiv sənədləri əsasında məruzə etmişdir. Tədbirə Ukraynanın əməkdar artisti Qurban Abbasovun rəhbərlik etdiyi “Azərbaycan” ansamblının ifasında Azərbaycan və Ukrayna milli musiqi proqramlari ilə müşayiət olunmuşdur. Tədbirin sonunda DAK-ın Xarkov nümayəndəliyinin rəhbəri Fikrət Vəliyev iştirakçlara minnətdarlığını bildirmiş, belə mərasimlərin milli diasporun təşkilatlanmasında, Ukrayna və Azərbaycan xalqları arasında ictimai-siyasi elaqələrin güclənməsində böyuk əhəmiyyət daşıdığını vurğulamışdır. Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən İctimai Televeziya kanalında (Телевизионная Студия Социальных Программ) Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı veriliş yayımlandı. DAK Ukrayna nümayəndəliyinin təşkil etdiyi yubiley tədbirinə həsr edilən verilişi aşağıdakı linkindən izləyə bilərsiniz. http://tssp2.at.ua/index/0-79 Выпуск программы от 03 июня 2009 года - СМОТРЕТЬ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar