SON XƏBƏRLƏR

Türk Dünyası Jurnalistləri Birliyi yaradılır

2021.10.20, 07:36
Türk Dünyası Jurnalistləri Birliyi yaradılır

Gunaz.tv
Bu məqsədlə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə dəvət edilib “Tərəfsiz” Parlament Jurnalistlər Birliyinin (TPJB) bir neçə üzvü Türkiyəyə dəvət alıb. Alaniya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə baş tutacaq səfərdə birliyin 4 nümayəndəsi iştirak edəcək. Birliyin sədri Elşad Eyvazlı Lent.az-a bildirib ki, iyunun 18-dən 22-dək davam edəcək səfərin əsas məqsədi Böyük Millət Məclisinin Müxbirlər Dərnəyinin təşəbbüsü ilə Türk Dünyası Jurnalistləri Birliyinin yaradılması istiqamətində müzakirə aparmaqdır. Onun sözlərinə görə, səfər çərçivəsində aparılacaq danışıqların nəticəsi olaraq, belə bir birliyin yaradılması üzrə razılaşma sənədinin imzalanacağı gözlənilir. Səfərdə konkret kimlərin iştirak edəcəyi isə hələ dəqiqləşməyib. Elşad Eyvazlı deyib ki, nümayəndə heyətinə birliyin sədri kimi onun özü rəhbərlik edəcək. Digər üç nəfər isə Türkiyənin Bakıdakı səfirliyi ilə məsləhətləşmələrdən sonra müəyyənləşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar