SON XƏBƏRLƏR

Hamımız azərbaycanlıyıq, Qarabağ türkündür

2021.10.20, 07:36
Hamımız azərbaycanlıyıq, Qarabağ türkündür

Gunaz.tv
Türkiyə və Azərbaycan milli komandaları arasında iyunun 2-də keçirilmiş yoldaşlıq matçı böyük azarkeş marağına səbəb olub. GÜNAZ.TVnin GAİPə istinadən yaydığı məlumata görə, Kayseri şəhərindəki “Kadir Has” stadionunda baş tutan görüşü 32 min nəfər izləyib. Onların təhlükəsizliyini 320 xüsusi mühafizəçi qoruyub. Polislər isə əlaqə qüvvə kimi ehtiyatda qalıblar. Görüşü izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və Türkiyə Futbol Federasiyasının başçısı Mahmut Özgener, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da olub. Dövlət himnləri səsləndirilərkən, azarkeşlər üzərində “Hamımız azərbaycanlıyıq, Qarabağ türkündür” yazılan plakat nümayiş etdiriblər. Qeyd edək ki, bu, Türkiyə və Azərbaycan millilərinin 5-ci görüşü olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar