SON XƏBƏRLƏR

Sankt-Peterburqda sənəd imzalanmayacaq

2021.10.20, 07:36
Sankt-Peterburqda sənəd imzalanmayacaq

Gunaz.tv
"Sankt-Peterburqda keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün formatı çox güman ki, Sürix və Praqada olduğu kimi olacaq". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, ənənəyə görə əvvəlcə həmsədrlər prezidentlərə öz fikirlərini bildirir, sonra prezidentlər təkbətək görüş keçirir:"Daha sonra isə həmsədrlər və xarici işlər nazirləri görüşə dəvət olunur və prezidentlər onlara öz təlimatlarını verirlər. Amma əvvəldən mənim üçün nə isə demək çətindir. Görüşdən əvvəl həmsdərlərdən formatla bağlı təklif gələcək". Amerikalı həmsədr Metyu Brayzanın "son iki ayda həmsədrlər kifayət qədər iş görüb və sabah (bu gün -red.) prezidentlər istəsələr, yekun nəticə əldə oluna bilər" bəyanatına münasibət bildirən Məmmədyarov Brayzanın fikirlərini şərh etməyin çətin olduğunu qeyd edib: "Həmsədrlər prosesdə hansısa pozitiv məqam görürlərsə, bu, vacib məqamdır. Amma digər baxımdan şəxsən xarici işlər naziri kimi deyə bilərəm ki, Praqada Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edib. Bilmirəm, bəlkə həmsədrlər İrəvanda olarkən ayrı bir məqamları müşahidə ediblər. Bunların hamısı Sankt-Peterburqda məlum olacaq. Biz nizamlanmanın mərhələli həllini nəzərdə tuturuq, əgər biz buna nail ola bilsək, onda deyə bilərik ki, hansısa irəliləyiş var". Azərbaycanın xarici siyasət idarəsinin başçısı Praqa prosesi başlayan zaman tərəflər arasında bir məsələdə razılıq əldə olunduğunu bildirib: "Razılıq əldə olunmuşdu ki, hansı prinsiplərin üzrə razılıq əldə olunmasına baxmayaraq, əgər bütün prinsiplər razılaşdırılmayıbsa, prinsiplərin razılaşdırıldığı barədə danışmaq olmaz". Amerikalı həmsədr Metyu Brayza isə APA-ya açıqlamasında bu günə gözlənilən Sankt-Peterburq görüşündə hansısa sənəndin imzalanacağını gözləmədiyini deyib: "Lakin ümid edirəm ki, prezidentlər baza prinsipləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə işləməyə razı olacaqlar. Əgər prezidentlər razılığa gəlsələr, o zaman başqa məsələlərin müzakirəsinə başlamaq olar. Hər şey hələ hazırlanma mərhələsindədir. Biz Madrid sənədi adlanan sənədi təkmilləşdirməyə çalışırıq". B.Nərimanoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar