SON XƏBƏRLƏR

Sarkozi İranı beynəlxalq təcridlə hədələdi

2021.10.20, 07:36
Sarkozi İranı beynəlxalq təcridlə hədələdi

Gunaz.tv
Fransa prezidenti Tehrana ciddi xəbərdarlıq etdi “Əgər İran özünün nüvə proqramı ilə bağlı danışıqlardan imtina etsə, onu beynəlxalq təcrid gözləyir”. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Nikolya Sarkozi İranın xarici işlər naziri Mənüçöhr Möttəki ilə görüş zamanı bildirib. Fransa prezidenti Tehranı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qulaq asmağa və beynəlxalq birliklə danışıqlara başlamağa çağırıb. Onun sözlərinə görə, əks halda İranın bütün sahələrdə böyük beynəlxalq təcriddən yayınması qeyri-mümkün olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar