SON XƏBƏRLƏR

Bəşər Əsəd Bakıya səfər edəcək

2021.10.20, 07:36
Bəşər Əsəd Bakıya səfər edəcək

Gunaz.tv
Suriya Nəsiminin məzarını ziyarət etməyimizə şərait yaradacaq ButovAZ- Prezident İlham Əliyev dünən Suriyanın xarici işlər naziri Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu yaxınlarda Azərbaycanın Suriyada səfirliyinin açıldığını deyən prezident İlham Əliyev bunu iki ölkə arasındakı əlaqələrin inkişafında vacib amillərdən biri kimi qiymətləndirib. Qonaq ölkəmizə ilk dəfə 2006-cı ildə səfər etdiyini, ötən dövr ərzində Bakıda çox böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu deyib və əldə olunan yüksək nailiyyətlər münasibətilə prezident İlham Əliyevi təbrik edib. Dünən suriyalı qonaqlar xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüblər. Görüşdən sonra keçirilən birgə brifinqdə Valid əl-Muallim qeyd edib ki, "Bakı-Tiflis-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycanla Suriya arasında ticarət dövriyyəsinin həcmi artacaq". "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır (Hələb şəhərində -red.). Biz Suriyadan xahiş etmişik ki, Azərbaycan turistləri Suriyada olarkən onların şairin məzarını ziyarət etməsinə şərait yaradılsın",-Məmmədyarov deyib. Suriyanın XİN başçısı bildirib ki, azərbaycanlı həmkarı ilə Suriya prezidenti Bəşir Əsəd və onun xanımının Bakıya gözlənilən səfəri haqqında ilkin müzakirə aparıb. Nazir hesab edir ki, bu səfər iki ölkə arasında əlaqələrin inkişafı üçün güclü təməl yaradacaq. "Turan"ın Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etmiş erməni əsilli Suriya vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi ilə bağlı sualı cavablandıran Suriyanın baş diplomatı bildirib ki, erməni mənşəli Suriya vətəndaşları dərk etməlidirlər ki, onlar Suriya vətəndaşlarıdır: "Onlar Suriyada yaşayan digər xalqlarla bərabər hüquqlara malikdirlər. 1915-ci ildən ermənilər Suriyada yaşayır. Hazırda Suriya vətəndaşlarıdır və Suriya cəmiyyətinin tam hüquqlu üzvləridir". O, Suriyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sualın cavabında bildirib ki, Suriya beynəlxalq qanunvericiliyi tanıyır. "Suriya ölkələrin ərazi bütövlüyünü tanıyır və ehtiramla yanaşır. Mən Ermənistanda da demişəm, yenə də təkrar edirəm, nə qədər Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb, region ölkələrinə, o cümlədən də Suriyaya zərər verməkdə davam edəcək. Suriya münaqişənin siyasi yolla həllini dəstəkləyir. Hesab edirik ki, bütün maraqlı tərəflər cəlb edilməklə, beynəlxalq hüquq normalarına uyğun olaraq problem həllini tapmalıdır". Valid əl-Muallem Ermənistanda və Azərbaycanda münaqişənin nizamlanası ilə bağlı siyasi iradənin olduğunu müşahidə etdiyini deyib. "Çox ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü müsbət nəticəsini verəcək". Suriyalı nazir Dəməşq ilə Tel-Əviv arasındakı 40 illik Qolan təpələri probleminə toxunaraq deyib ki, Suriya bu məsələnin siyasi yolla həllinə çalışır, lakin İsrail rəhbərliyində siyasi iradənin olmaması münaqişənin həllinə əngəl törədir. Bəkir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar