SON XƏBƏRLƏR

İranda seçki finala yaxınlaşır

2021.10.20, 07:36
İranda seçki finala yaxınlaşır

Gunaz.tv
İyunun 12-də İranda prezident seçkiləri keçiriləcək. Seçki günü yaxınlaşdıqca namizədlərin fəallığı da artır. Əsas mübarizənin hazırkı prezident, dini lider ayətullah Xamneyinin dəstəklədiyi Mahmud Əhmədinejad və Nəzarət Şurasının sədri Haşimi Rəfsəncanin dəstəklədiyi, "islahatçılar"ın namizədi Mirhüseyn Musəvi arasında gedəcəyi proqnozlaşdırılır. Mirhüseyn Musəvi seçkilərdə azərbaycanlıların, eyni zamanda infilyasiyadan əziyyət çəkmiş orta təbəqənin səsini almağa çalışır. Xarici ölkə mətbuatı da İranda keçiriləcək seçkiləri diqqət mərkəzində saxlayır. Məsələn, "Vaşinqton Post" qəzetində nəşr edilən məqalədə yazılır ki, orta sinif hazırkı prezident və yenidən prezident kürsüsü uğrunda mübarizəyə qoşulan Mahmud Əhmədinejaddan üz döndərib. Qəzet vurğulayır ki, ilkin işarələr göstərir ki, ötən seçkilərə qatılmayan insanların çoxu bu dəfəki seçkilərə qatılacaq. Bunun da səbəbi Mahmud Əhmədinejaddan narazılıqdır. Orta sinfin narazılığının bir neçə səbəbi var. Hökumət nazirliklərində və dövlət şirkətlərində çalışan minlərlə təcrübəli ekspert son 4 ildə Mahmud Əhmədinejadın tərəfdarlarıyla əvəzlənib. Eyni zamanda İranın özəl şirkətləri Çinin ucuz məhsulları qarşısında rəqabətə davam gətirə bilmirlər. Həm də onun hakimiyyəti dönəmində inflyasiya 30 faiz yüksəlib və paytaxtda yaşamağın qiyməti 2 qat artıb. Yaranmış qəzəb dalğasında hakimiyyətə gəlmək üçün namizədlər məhz bu emosiyalara cavab verməyə çalışırlar. "Vaşinqton Post" hesab edir ki, Mahmud Əhmədinejadın mövqeləri zəifdir və onun ikinci dəfə seçkiləri udmaq şansı yoxdur. Bu seçkilərdə o, xarici təhlükə amilindən yararlana bilmir. Çünki ABŞ keçən ilin sonlarından başlayaraq İrana qarşı təzyiqləri azaldıb və müharibə hədələri səsləndirmir. Əksinə, Barak Obama administrasiyası Tehranla dialoqa can atır. Xarici təhlükənin böyük olması Mahmud Əhmədinejada və mühafizəkarlar düşərgəsinə insanları öz ətrafına toplamaq və onların diqqətini sosial problemlərdən yayındırmaq üçün sərf edirdi. Ancaq İranın dini lideri ayətullah Xamneyinin Mahmud Əhmədinejadı dəstəkləməsi də diqqət çəkməyə bilməz. İndiyə qədər dini liderin dəstəyi seçkilərdə əsas amil olub. Amma ekspertlərin əksəriyyəti bu fikirdədirlər ki, hazırda ölkədə sosial-iqtisadi durumun ağırlaşması fonunda dini liderin çağırışları o qədər də effekt verməyəcək. Seçkinin nəticələrini proqnozlaşdırmağın birmənalı çətin olduğunu düşünənlər də var. Politoloq Zərdüşt Əlizadə deyir ki, seçkilərdə gözlənilməz hadisələrin baş verməsi istisna deyil. Ayətullah Xamneyinin dəstəklədiyi Mahmud Əhmədinejad şanslı sayılsa da, onun özü də seçki kampaniyası dövründə sərt tənqidlərlə üzləşib. Politoloq düşünür ki, İran seçkilərində etnik kartdan yararlanmaq cəhdləri də ciddi səmərə verə bilməz: "Etnik amil ikinci dərəcəlidir. İranda birinci dərəcəli məsələ namizədin sosial-iqtisadi platforması, şəxsi keyfiyyətləri, onun arxasında duran dairələrin çəkisidir. Hər şey səsvermədən asılı olacaq. İranda seçkinin nəticələrini həqiqətən səsvermənin nəticələri müəyyənləşdirir". Ramiz Mikayıloğlu butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar