SON XƏBƏRLƏR

Təbrizdə heyvansevərlər aksiya keçirib

2025.06.09, 12:49
Təbrizdə heyvansevərlər aksiya keçirib

Bir qrup heyvansevər Təbriz fərmandarlıq binası qarşısında etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosial media şəbəkəsində məlumat yayıblar.

Əksəriyyətinin xanımlar olduğu aksiyada, hökumətdən heyvanların qorunması ilə bağlı qanunu qəbul etməsini tələb ediblər.

Bununla yanaşı şəhərdə it gəzdirməyə qoyulan qadağa və cərimə cəzasının da ləğv edilməsi tələb olunub.

Qeyd edək ki, son həftələrdə bir neçə şəhərdə, o cümlədən Təbrizdə ev itlərinin ictimai yerlərdə gəzdirilməsinə qadağa qoyulub.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar