SON XƏBƏRLƏR

Təbrizdə şəhərsalma ilə bağlı durum ürəkaçan deyil

2025.06.09, 12:44
Təbrizdə şəhərsalma ilə bağlı durum ürəkaçan deyil

Təbrizdə şəhərsalma ilə bağlı durum ürəkaçan deyil

Gunaz.tv

Bu barədə İranın Şəhər Bərpası Şirkətinin İdarə Heyətinin üzvü Firidun Babayiəqdəm Tasnim-ə danışıb.

O Təbrizin şəhərsalma ilə bağlı 4 əsas problemi özündə birləşdirək tək şəhər olduğunu deyib.  Təbrizin yüksək riskli zonalar,gecəqondular, aşınmış mərkəzi şəhər quruluşu və tarixi cəhət kimi önəmli problemləri var..

Babayiəqdəm Təbrizin İranın ən həssas şəhərləri arasında olduğunu vurğulayaraq, Ali Şəhərsalma və Memarlıq Şurasının qərarları əsasında yeni müfəssəl şəhərsalma planında hədəf məhəllələrin müəyyən edilməsi və rəsmi şəkildə təsdiq edilməsinin vacibliyini vurğulayıb.

O, bildirib ki, Təbrizin 10 və 4-cü məhəllələrində nizamsız hal almış tikinti işləri xaotik və narahatedici vəziyyət yaradıb.

O, Şəhər Bərpası Qərargahının üzvləri arasında koordinasiya və əməkdaşlığın olmamasını tənqid edərək, dövlət qurumları arasında daha çox əməkdaşlığa və onların fəaliyyətinə daha ciddi nəzarət etməyə çağırıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar