SON XƏBƏRLƏR

İsa Qəmbər: "Rəsmi Tehranın başqasından ehtiyatlı davranış tələb etməsi məntiqsizdir"

2021.10.20, 07:36
İsa Qəmbər: "Rəsmi Tehranın başqasından ehtiyatlı davranış tələb etməsi məntiqsizdir"

Gunaz.tv
İranın Azərbaycanı təhdidləri yolverilməzdir Əli Kərimli: "Azərbaycana kimin gəlib, kimin getməsinin İrana aidiyyatı yoxdur" Sərdar Cəlaloğlu: "İran rəsmisinin Azərbaycanı təhdid etməsi riyakarlıqdır" Mübariz Qurbanlı: "İranın bizə irad tutması anormaldır" ButovAZ- İsrail prezidenti Şimon Peresin bu ilin yayında Azərbaycana gözlənilən səfəri ilə bağlı İran Silahlı Qüvvələri Baş Qərargah rəsisi Həsən Firuzabadi Azərbaycanın ünvanına təhdidlərlə çıxış edib. İran hərbçisi Bakıdakı İsrail səfirliyinin bağlanmasını tələb edib və bu səfərin İranla Azərbaycan arasında problemlərə səbəb olacağı kimi mövqe nümayiş etdirib. Bu məsələ ilə bağlı Azərbaycan siyasətçiləri "Turan"a açıqlamalar veriblər. Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın İranın bu mövqeyini tənqid edən mövqe nümayiş etdirdiyini və buna etiraz olaraq iki gün əvvəl İranın Azərbaycan səfirliyi önündə aksiya keçirdiyini vurğulayıb. "İranın Azərbaycanı təhdid etməsi yolverilməzdir". Azərbaycan torpaqlarının önəmli hissəsini işğal edən Ermənistanla İranın isti münasibətlər qurduğunu, Ermənistanla birgə layihələr həyata keçirdiyini deyən Müsavat başqanı bu mənada rəsmi Tehranın başqasından ehtiyatlı davranış tələb etməsinin məntiqsiz olduğunu vurğulayıb. "Azərbaycan öz xarici siyasətini təmkinlə həyata keçirməli və kənar təhdid və təzyiqlərə mənfi reaksiyasını verməlidir", - deyə İ.Qəmbər bildirib. "İran hərbçisinin Azərbaycana təhdid olan açıqlamasını yersiz sayıram". Bunu isə AXCP sədri Əli Kərimli bildirib. İranın Azərbaycan torpaqlarının müəyyən hissəsini işğal edən Ermənistanla isti əlaqələr qurduğunu, dostluq etdiyini, onu hər cür maddi-mənəvi sıxıntıdan qurtardığını deyən Ə.Kərimli rəsmi Tehranın bununla da Azərbaycan xarici siyasətinə müdaxilə üçün mənəvi haqqını itirmiş olduğunu qeyd edib. "Azərbaycana kimin gəlib, kimin getməsinin İrana aidiyyatı yoxdur və bu, onun səlahiyyəti daxilində deyil". ADP sədri Sərdar Cəlaloğlu da İranın rəsmi dairələrinin Azərbaycana təhdidlərini siyasi etikadan kənar sayır. Eyni zamanda, o bu səfərin problemli olduğunu da vurğulayıb. "İsrail bütün islam dünyası ilə münaqişə durumundadır, bunu gözardı etmək olmaz və buna görə də bu səfər birmənalı qarşılanmır", - deyən ADP sədrinin fikrincə, indi Azərbaycan İsraili islam dünyasına yaxınlaşdıra bilmək üçün vasitəçi roluna malik ola bilər. Dediyinə görə, əgər səfər bu məqsədi daşıyırsa, alqışlanmalıdıır, yox, bundan hansısa dövlətlərə qarşı blok yaratmaq üçün istifadə olunacaqsa, bu, yolverilməzdir. Cəlaloğlu həm də bu səfərin İranın maraqları əleyhinə olmayacağını birmənalı bildirməyin zəruriliyini vurğulayıb. "Təhdidlərə gəlincə, Ermənistanla əlaqələr quran İran dövləti rəsmisinin Azərbaycanı təhdid etməsi sadəcə riyakarlıqdır". "Azərbaycan müstəqil dövlətdir, öz siyasətini öz maraqları çərçivəsində istənilən dövlətlə qura bilər və başqa dövlətin buna müdaxiləsi yolverilməzdir", - deyə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı bildirib. O, İranın Ermənistanla ciddi əlaqələr qurduğunu rəsmi Bakının dəfələrlə bu dövlətə xatırlatdığını, rəsmi Tehranın buna "müstəqil dövlət olaraq əlaqələr qurması" cavabı verdiyini bildirib. "İndi biz də müstəqil dövlətik, istənilən dövlətlə əlaqələri qururuq və buna görə İranın bizə irad tutması anormaldır".butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar