SON XƏBƏRLƏR

Kral Abdulla Obamaya qızıl boyunbağı bağışladı

2021.10.20, 07:36
Kral Abdulla Obamaya qızıl boyunbağı bağışladı

Gunaz.tv
ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfəri zamanı kral Abdulla tərəfindən ölkənin ali mükafatı – kral Əbdüləziz Ordeninə layiq görülüb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, orden qızıl boyunbağıdan ibarətdir. Obama Səudiyyə Ərəbistanını iyunun 3-də ziyarət edib. Ona dəbdəbəli qarşılanma mərasimi keçirilib. Məsələn, kral Abdulla ABŞ prezidentini ona məxsus çox gözəl at zavoduna ekskursiyaya aparıb. Obamaya mükafatı təqdim edən Abdulla bunu ancaq ən yaxın adamlara verildiyini vurğulayıb: “Bu mükafatı kralın ancaq çox az dostu alır. Siz də həmin dostlardan birisiniz”. Obama təşəkkür nitqi ilə çıxış edəndən sonra ordenin özünü görüb və həddən artıq həyəcanlanıb: “Aman Allah!” Fotoqraflar qarşısında şəkil çəkdirən ABŞ prezidenti sonra boyunbağını çıxararaq onu saxlamaq üçün köməkçilərinə verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar