SON XƏBƏRLƏR

İsrailin müdafiə naziri İrana zərbənin endiriləcəyini istisna etməyib

2021.10.20, 07:36
İsrailin müdafiə naziri İrana zərbənin endiriləcəyini istisna etməyib

Gunaz.tv
Ehud Barak ölkəsinin xarici işlər nazirinin bəyanatına zidd fikirlər səsləndirib İsrailin müdafiə naziri Ehud Barak İsrailin İrana zərbə endirəcəyini istisna etmir. ANS PRESS-in "Reuters"ə istinadən yaydığı məlumata görə, Barak bu bəyanatı ölkənin xarici işlər naziri Aviqdor Libermanın İsrailin İrana zərbə endirməyəcəyinə dair bəyanatından bir neçə saat sonra səsləndirib. "Mən həmişə dediyimi təkrar edirəm. Biz hadisələrin heç bir inkişaf ssenarisini istisna etmirik", -deyə Barak Vaşinqtonda Obama administrasiyasının nümayəndələri ilə görüşdən sonra bildirib. Xatırladaq ki, Liberman Rusiyanın baş naziri Vladimir Putinlə görüşdə tamamilə əks bəyanatla çıxış edib. O bildirib ki, İsrail İranı bombalamağı planlaşdırmır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar