SON XƏBƏRLƏR

Rəsmi İrəvan prezidentlərin Sankt-Peterburq görüşü öncəsi qeyri-konstruktiv bəyanatla çıxış etdi

2021.10.20, 07:36
Rəsmi İrəvan prezidentlərin Sankt-Peterburq görüşü öncəsi qeyri-konstruktiv bəyanatla çıxış etdi

Gunaz.tv
Ermənistan rəsmisi Qarabağ probleminin həlli üçün separatçı Xankəndi rejiminin danışıqlarda tərəf kimi iştirakını şərt kimi göstərib Ermənistan və Azərbaycan prezidentlərinin sabah Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçıvəsində planlaşdırılan görüşü öncəsi rəsmi İrəvan qeyri-konstruktiv bəyanatla çıxış etməyi özünə borc bilib. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan «Novosti-Armeniya» agentliyinə verdiyi müsahibədə Qarabağ nizamlanması ilə bağlı bəzi məqamlara toxunaraq faktiki olaraq ölkəsinin danışıqlardakı mövqeyinə kənar amillərin təsir göstərdiyini nümayiş etdirib. Köçəryan bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəyirsə, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına razı olmalıdır. «Azərbaycanın həqiqətən münaqişənin sülh yolu ilə həllinin istəməsinin göstəricisi Bakının danışıqlar masası arxasına münaqişənin real tərəfi - Dağlıq Qarabağın keçməsinə razılıq verməsi ola bilər", - deyə Köçəryan qeyd edib. Erməni diplomatının bu sərsəm fikri əslində İrəvanın yenidən danışıqların dalana dirənməsinə çalışmasının göstəricisi kimi dəyərləndirilməlidir. Şavarş Köçəryanın məxsusi olaraq prezidentlərin Sankt-Peterburq görüşü öncəsi belə bir bəyanatla çıxış etməsi faktiki olaraq qonşu ölkənin nizamlanma prosesinin konstruktiv məcradan çıxmasına cəhd göstərməsinə dəlalət edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar