SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİN AZƏRBAYCANDAKI KEÇMİŞ SƏFİRİ ƏFŞAR SÜLEYMANİ PREZİDENTLİYƏ AZƏRBAYCANLI NAMİZƏD MİRHÜSEYN MUSƏVİ HAQDA

2021.10.20, 07:36
İRAN ADLANAN YERİN AZƏRBAYCANDAKI KEÇMİŞ SƏFİRİ ƏFŞAR SÜLEYMANİ PREZİDENTLİYƏ AZƏRBAYCANLI NAMİZƏD MİRHÜSEYN MUSƏVİ HAQDA

Gunaz.tv
Əfşar Süleymani İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin seçki kampaniyasının nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Amerikanın səsi” radiosuna müsahibə verib. O bildirib ki, Mirhüseyn Musəvi, digər sahələrdə olduğu kimi, xarici siyasətdə də İran konstitusiyasını, digər qanun və qaydaları düzgün icra etməyi əsas götürür: “O, dünya ölkələri ilə İranın milli maraqlarına uyğun qarşılıqlı hörmət və etimad əsasında əlaqələri dərinləşdirmək və möhkəmləndirmək istəyir. Başqa xalqlara hörmətlə yanaşır”. “Turan” agentliyi xəbər verir ki, Ə.Süleymani İranını müxtəlif xalqlarının mədəni hüquqlarının bərpası məsələsində Mirhüseyn Musəvinin mövqeyinə aydınlıq gətirib: “Cənab Musəvinin prezidentliyə namizəd olmasının səbəbi İran konstitusiyasına və başqa qanunlara riayət olunması vacibliyidir. O, dini azlıqların və müxtəlif xalqların hüquqlarının qanun əsasında bərpasını himayə edir. İranda müxtəlif xalqlar yaşayır. Musəvi özünün bütün çıxışlarında onların hüquqlarının, o cümlədən mədəni hüquqlarının qanun əsasında qorunmasında, bərpa olunmasında təkid edir”. Ə.Süleymani “Mirhüseyn Musəvi qeyri-fars xalqların hüquqlarını müdafiə edirdisə, bəs nə üçün 8 il baş nazir olduğu dövrdə bu sahədə bir iş görməyib” sualını belə cavablandırıb: “O vaxt müharibə dövrü idi. Cənab Musəvinin əsas işi ölkənin ərazisinin və əhalisinin qorunması idi. O dövrdəki vəziyyəti indiki şəraitlə müqayisə etmək düzgün deyil. 20 il vaxt keçib və şərait, prioritetlər dəyişib, dünyada da dəyişikliklər olub. Musəvi indi qanun əsasında İran xalqının arzularını yerinə yetirmək istəyir”. Keçmiş səfir M Musəvinin İranın Amerika ilə əlaqələri ilə bağlı mövqeyi barədə sualın cavabında deyib: “Cənab Musəvinin fikrinə görə, ABŞ-la İran əlaqələri qarşılıqlı hörmət və etimad əsasında və danışıqlar yolu ilə yarana bilər. Ancaq bunun üçün əvvəlcə ABŞ-ın bəzi addımlar atmasına ehtiyac var. Mirhüseyn Musəvi İranın nüvə proqramını davam etdirmək niyyətindədir. O, Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıq və qarşılıqlı etimadın yaranmasını arzu edir”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.MEDİAFORUM

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar