SON XƏBƏRLƏR

Rusiya prezidenti Kiyevə hədə-qorxu gəldi

2021.10.20, 07:36
Rusiya prezidenti Kiyevə hədə-qorxu gəldi

Gunaz.tv
Dmitri Medvedev Ukraynaya qarşı qadağaların tətbiqini istisna etməyib Rusiya prezidenti Dmitri Medvedev baş nazir müavini İqor Seçinə göstəriş verib. Göstərişə əsasən Kiyevin Rusiya qazına görə ödəmə məsələləri ilə bağlı Ukrayna tərəfi və Avropa İttifaqı ilə aparılan danışıqlar aktivləşdirilməlidir. ANS PRESS-in "Interfaks"-a istinadən yaydığı xəbərə görə, Rusiya prezidenti eyni zamanda Moskva ilə qaz sahəsində əldə olunan razılaşmaya riayət olunmayacağı təqdirdə Kiyevə qarşı qadağaların tətbiq edilə biləcəyini xatırladıb. "Saziş icra olunmazsa, biz gələcək qaz tədarüklərinin yüzfaizlik ödəmə sisteminə keçməsindən ibarət olan qadağa rejimini tətbiq etməli olacağıq", - deyə o vurğulayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar