SON XƏBƏRLƏR

ABŞ Azərbaycan qazının Avropa bazarına çıxarılmasında maraqlıdır

2021.10.20, 07:36
ABŞ Azərbaycan qazının Avropa bazarına çıxarılmasında maraqlıdır

Gunaz.tv
Riçard Morninqstar: «Birləşmiş Ştatlar karbohidrogen ehtiyatlarının nəqlində diversifikasiyanı məqbul variant sayır» «ABŞ Azərbaycan qazının Avropa bazarına çıxarılmasında maraqlıdır və karbohidrogen ehtiyatlarının nəqlində diversifikasiyanı məqbul variant sayır». Bunu ANS-ə müsahibəsində ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar bildirib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Azərbaycan qazının Türkiyə ərazisi ilə nəqlinə dair danışıqları da diqqətlə izləyir: «Biz bilirik ki, Azərbaycan və Türkiyə hökumətləri arasında qazın hasilatı, nəqli, tranziti və qiyməti ilə əlaqədar danışıqlar aparılır. Ümid edirik ki, bu danışıqlar yaxın zamanda yaxşı nəticə ilə başa çatacaq. Çünki bu, özü özlüyündə çox böyük imkandır ki, Azərbaycan nefti kimi qazını da etibarlı yollarla Qərbə nəql etsin». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar