SON XƏBƏRLƏR

İsrail prezidenti Azərbaycana iyunun 28-də gələcək

2021.10.20, 07:36
İsrail prezidenti Azərbaycana iyunun 28-də gələcək

Gunaz.tv
Şimon Peresi böyük nümayəndə heyəti, o cümlədən xeyli sayda israilli sahibkar müşayiət edəcək İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub. Rusiyanın «İtar-Tass» agentliyinin yaydığı məlumata görə, Rusiyada səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, Peres iyunun 28-də Azərbaycana gələcək. Onu böyük nümayəndə heyəti, o cümlədən xeyli sayda israilli sahibkar müşayiət edəcək. Bu arada isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri ilə bağlı səsləndirdiyi təhdidlərə mövqeyini açıqlayıb. O deyib ki, hansısa ölkənin Azərbaycanın daxili işlərinə qarışmasına imkan verilməyəcək: «Azərbaycan öz xarici siyasətində digər ölkələrin daxili işlərinə qarışmır. Bizim xarici siyasətimiz Azərbaycanın mili maraqlarına uyğun olaraq aparılır. İranın hərbi qüvvələrindən gələn belə bəyanat bizdə sual doğurur. Biz Ermənistan rəhbərliyinin, yüksək məmurların İrana səfərlərini müzakirə etmirik. Heç bir ölkənin daxili işinə qarışmırıq və bizim daxili işlərimizə qarışmağa imkan verməyəcəyik». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar