SON XƏBƏRLƏR

Türkiyə qaz məsələsi ilə bağlı Azərbaycan tərəfinə yeni təkliflər verib

2021.10.20, 07:36
Türkiyə qaz məsələsi ilə bağlı Azərbaycan tərəfinə yeni təkliflər verib

Gunaz.tv
ARDNŞ prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji naziri Taner Yıldız təbii qaz məsələsini müzakirə ediblər Türkiyənin eneji və təbii ehtiyatlar naziri Taner Yıldız, Türkiyə və Azərbaycan milli komandaları arasında iyunun 2-də baş tutan matçda fasilə zamanı Azərbaycan Dövlt Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə təbii qaz məsələsini müzakirə edib. Türkiyə mətbuatının məlumatına görə, matçı izləmək üçün Kayseri şəhərinə gələn Taner Yıldız matçdan sonra jurnalistlərə verdiyi açıqlamasında məsələ ilə bağlı yeni təkliflər etdiyini və Azərbaycan tərəfinin yeni təkliflər üzərində bir az düşünəcəyini və ondan sonra cavab verəcəyini açıqlayıb. Bu vəziyyəti məqbul qarşıladıqlarını bildirən Yıldız tezliklə nəticə əldə edilməsinin iki ölkə üçün də yaxşı olacağını bildirdiyini qeyd edib. “Önümüzdəki həftəyə qədər verilən təkliflərlə əlaqədar nümayəndələrimiz çalışacaq. Mənim fikrim budur ki, çox gözləmədən "Şahdəniz" 1 və 2 ilə əlaqədar məsələdə razılaşma əldə edək. Azərbaycanlı qardaşlarımız bu məsələdə yardımçı olacaqlarını söylədilər. Top indi Azərvaycan tərəfdədir”, deyə T. Yıldız qeyd edib. Xatırladaq ki, "Şahdəniz" qaz yatağının işlənməsinin I mərhələsinin əsas alıcısı Türkiyədir. Qarşılıqlı razılaşma əsasında indiyə kimi Türkiyə Azərbaycandan qazın hər min kub metrini 120 dollardan alırdı. Son razılaşmalara görə isə qaz Türkiyəyə bazar qiymətlərinə satılacaq. "Şahdəniz" yatağının II mərhələsinin işlənməsinə qərar verilməsi isə hər iki ölkə arasında qazın Avropaya ixrac edilməsi ilə bağlı əldə ediləcək razılaşmadan, dolayısı ilə NABUKKO layihəsindən asılıdır. Bakı -Tiflis-Ərzurum qaz kəməri "Şahdəniz"in 2-ci mərhələsindən çıxacaq qazı da ötürməyə qadirdir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar