SON XƏBƏRLƏR

"İrəvanlı" və "qarabağlı" davası gedir

2021.10.20, 07:36
 "İrəvanlı" və "qarabağlı" davası gedir

Gunaz.tv
Qabil Hüseynli hesab edir ki, Ermənistanda gərginlik daha da artacaq Ermənistan paytaxtında keçirilən mer seçkilərinin saxtalaşdırması ölkədaxili siyasi gərginliyi daha da Seçkilərin nəticəsini qəbul etməyən Ermənistan müxalifəti geniş etiraz aksiyaları keçirməyə hazırlaşır. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək görüşü ərəfəsində İrəvanda belə bir gərginliyin yaranması prezident Serj Sərkisyanın ölkədaxili gərginliyi əsas gətirərək danışıqlarda növbəti dəfə konstruktiv mövqe nümayiş etdirməkdən boyun qaçırmasına əlverişli imkan yaratması kimi dəyərləndirir. Lakin ekspertlər Ermənistandakı gərginliyi Sərkisyanın hakimiyyəti üçün ciddi təhlükə mənbəyi sayır. Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənistan daxilində yaranmış gərginlik artan xətt üzrə inkişaf edəcək. Artıq Avropa Şurası ekspertlərinin də mer seçkilərində ciddi saxtakarlıqlara yol verildiyini təsdiqlədiklərini deyən politoloqa görə, İrəvanda keçmiş prezident Levon Ter-Petrosyanın çox güclü tərəfdaşları olduğundan iqtidar və müxalifət arasındakı gərginliyin toqquşmalara gətirib çıxarması da istisna deyil: "Bu, artıq Ermənistanda prezident seçkilərindən sonra ikinci dəfə edilən böyük seçki saxtakarlığıdır. Çünki İrəvanda Levon Ter-Petrosyanın çox güclü tərəfdaşları var və mer seçkilərində müxalifətin üstünlük əldə edəcəyi qaçılmaz idi. Digər tərəfdən isə bu gün gərginliyin artmasına təsir edən başqa amil yerli və gəlmə məsələsidir. İrəvan erməniləri ilə Dağlıq Qarabağdan gələn ermənilər arasında münasibətlər indi olduqca gərgindir və yerlilər artıq gəlmələrin getməsini istəyirlər" Ermənistandakı siyasi proseslərdə "irəvanlı" və "qarabağlı" ideologiyaları arasında hər zaman mübarizə getdiyini xatırladan politoloqa görə, Serj Sərkisyan hakimiyyət başına keçdikdən sonra bu qruplar arasındakı mübarizə daha da kəskinləşib. Bu baxımdan da politoloq Ermənistanda müxalifətin mitinqləri zamanı toqquşmalar baş verməsini də mümkün sayır. Prezident seçkilərindən sonra ölkədə yaşanan gərginliyin yenidən təkrarlanma ehtimalının böyük olduğunu vurğulayan Qabil Hüseynli Serj Sərkisyanın Sankt-Peterburq görüşü zamanı daxili problemlərdən bəhanə kimi istifadəsini mümkün saysa da, hesab edir ki, indiki proseslər Sərkisyanın hakimiyyətinin devrilməsinə aparıb çıxara bilər. "Hesab edirəm ki, Sərkisyan bu dəfə də özünü normal aparmasa və müxalifətin mitinqlərinə müdaxilə etsə, ən azı Avropa Ermənistana qarşı mövqeyini sərtləşdirəcək"- deyən politoloqa görə, artıq beynəlxalq təşkilatlarda da Ermənistanla bağlı ciddi ölçü götürülməlidi. "Ermənistanda 2007-ci ildə keçirilən prezident seçkiləri ilə bağlı 4 mart hadisələri zamanı bəzi mənbələr 10, bəzi mənbələr isə 30-dan artıq insanın öldüyünü bildirsələr də, Ermənistana qarşı faktiki olaraq heç bir sanksiya tətbiq edilmədi. Əgər indi müxalifətin aksiyaları belə toqquşmalarla və ölüm halları ilə müşayiət olunsa, artıq bəzi təşkilatlarda Ermənistanın səs hüququnun dondurulması, eləcə də bu ölkəyə ayrılan maliyyə yardımları dayandırıla bilər. Bu halda isə Serj Sərkisyanın hakimiyyətdən silinib atılması qaçılmaz olacaq". Politoloq Ermənistanın iqtisadi çöküşünün artıq siyasətdə də özünü büruzə verməyə başladığını deyib: "Rusiya çalışır ki, Ermənistanı öz nəzarətində saxlasın. Amma artıq Rusiyanın özündə də böhranla bağlı problemlər yaşanmaqdadır. Ona görə də Ermənistan nəzarətdən çıxa bilər". Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar