SON XƏBƏRLƏR

İran adlanan yerin, Zahedan şəhərində növbəti silahlı basqın baş verib

2021.10.20, 07:36
İran adlanan yerin, Zahedan şəhərində növbəti silahlı basqın baş verib

Gunaz.tv
Şəhər kənarında sərnişin avtobusuna basqın nəticəsində bir nəfər ölüb, daha iki adam isə yaralanıb İranın cənub-qərbindəki Zahedan şəhərində növbəti silahlı basqın baş verib. ANS PRESS, İranın İRNA agentliyinə istinadən xəbər verir ki, bir neçə gündür gərginliyin davam etdiyi şəhərdə baş vermiş hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Naməlum şəxslər Zahedan şəhərinin kənarında sərnişin avtobusuna basqın edib. Xatırladaq ki, son günlər Zahedan şəhərində zorakılıq halları intensiv xarakter alıb. Ötən həftə məsciddə baş vermiş partlayış nəticəsind' 25 nəfər həlak olmuşdu. Bunun ardınca yaranmış iğtişaşlar zamanı azı 6 nəfər ölmüşdü. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar