SON XƏBƏRLƏR

ELMAR MƏMMƏDYAROV İRAN ADLANAN YERİN ETİRAZ BƏYANATLARINI CAVABLANDIRDI

2021.10.20, 07:36
ELMAR MƏMMƏDYAROV İRAN ADLANAN YERİN ETİRAZ BƏYANATLARINI CAVABLANDIRDI

Gunaz.tv
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana gəlmiş suriyalı həmkarı Valid əl-Muallemlə birgə bu gün keçirdiyi mətbuat konfransında İran rəsmilərinin İsrail prezidenti Şimon Peresin Bakıya gözlənilən səfərinə etiraz bəyanatlarına münasibət bildirib. “Media forum” saytı xəbər verir ki, E.Məmmədyarov Azərbaycanın digər xarici ölkələrin daxili işlərinə qarışmadığını vurğulayıb. Nazir bildirib ki, Azərbaycan öz xarici siyasətini milli maraqlarına uyğun həyata keçirir: “İranın bəyanatları suallar doğurur. Çünki bu bəyanatlar İranın hərbi qüvvələrindən gəlir. Azərbaycan heç vaxt Ermənistan rəhbərliyinin İrana səfərini müzakirə etməyib, ona mövqe bildirməyib. Çünki Azərbaycan digər ölkələrin daxili işlərinə qarışmır. Digər ölkələrə onun daxili işlərinə qarışmaq imkanı da verməyəcək”. XİN rəhbəri Xəzərin Azərbaycan sektorunda yerləşən “Alov” yatağında İranın kəşfiyyat xarakterli işlərə başlamasına da münasibət bildirib. O vurğulayıb ki, bu barədə Tehranda dərc olunan ingilisdilli “Tehran Tayms” qəzeti məlumat yayıb. Nazir məsələnini araşdırılmasının müavini Xələf Xələfova tapşırıldığını bildirib. E.Məmmədyarov İranla Azərbaycan arasında bu yataqla bağlı şifahi razılığın olduğunu açıqlayıb: “O vaxt mərhum prezident Heydər Əliyevlə İranın dini lideri ayətullah Əli Xamneyi arasında belə razılıq olub ki, Xəzərin delimitasiyası üzrə razılıq əldə olunmayanadək “Alov” yatağında heç bir tərəf iş görməsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar