SON XƏBƏRLƏR

İranda prezidentliyə namizədlərin teledebatları başlayır

2021.10.20, 07:36
İranda prezidentliyə namizədlərin teledebatları başlayır

Gunaz.tv
Əslən azərbaycanlı olan Mir Hüseyn Musəvi qadınlara daha çox azadlıq verəcəyini vəd edib Bu gündən İranda prezidentliyə namizədlərin teledebatları başlayır. İran inqilabı tarixində ilk dəfə keçiriləcək debatda namizədlər qarşılıqlı olaraq öz platformalarını nümayiş etdirəcəklər. Artıq prezident postuna namizədlər radioda çıxışlarını ediblər. Namizəd Mehdi Kərrubi televiziya çıxışında deyib ki, hakimiyyətə gəlsə, əsas görəcəyi işlər sırasına ölkəni iqtisadi böhrandan çıxarmaq olacaq: «Bu gün hamımızın problemi iqtisadi böhran və işssizlikdir». Prezidentliyə namizəd Möhsün Rezai də iqtisaddiyyatdakı geriləmələri önə çəkərək bu işdə ciddi addımlar atacaqlarını bildirib. Hazırkı prezidenti Mahmud Əhmədinejat isə deyib ki, təkrar seçiləcəyi halda xarici siyasət kursuna müəyyən dəyişikliklər edəcək. Onun əsas rəqibi Mir Hüseyn Musəvi isə çıxışında iranlı qadınlara daha çox azadlıq verəcəklərini və onların dünyada tanınması üçün vacib addımlar atacağını vəd edib. Xatırladaq ki, İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar