SON XƏBƏRLƏR

YEREVAN MERİYASINA SEÇKİNİN NƏTİCƏLƏRİNİ DAŞNAKLAR DA QƏBUL ETMƏDİ

2021.10.20, 07:36
YEREVAN MERİYASINA SEÇKİNİN NƏTİCƏLƏRİNİ DAŞNAKLAR DA QƏBUL ETMƏDİ

Gunaz.tv
Artsvik Minasyan Ermənistan paytaxtı Yerevanın Ağsaqqallar Şurasına mayın 31-də keçirilmiş seçkinin elan olunan nəticələri hakim partiyanın keçmiş ortağı Daşnaksütun Partiyasının da etirazı ilə qarşılaşıb. Paytaxt merinə namizəd olan daşnak Artsvik Minasyan seçkinin Ermənistanı demokratiyadan daha da uzaqlaşdırdığını deyib. Ölkəsinin “A1plus.am” saytına müsahibəsində A.Minasyan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrin reallıqla heç bir əlaqəsi olmadığını söyləyib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkini 47,39% səslə hakim Respublika Partiyası udub. Onun müttəfiqi – Çiçəklənən Ermənistan Partiyası 22,71% səslə ikinci olub, sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi 17,1% səslə üçüncü yeri tutub. Daşnaklar seçki baryerini aşa bilməyərək Ağsaqqallar Şurasından kənar qalıblar. 65 yerlik Ağsaqqallar Şurasına seçkidə çoxluq qazanmış partiyanın seçki siyahısında adı birinci olan şəxs Yerevana merlik eləyəcək. Seçkinin total saxtakarlıq, seçicilərin satın alınması ilə müşayiət olunduğunu deyən A.Minasyan Daşnaksütunun məhkəmələrə üz tutmayacağını bildirib: “Bunun mənası yoxdur”. O, partiyanın seçkidə yaxşı nəticə göstərmədiyini etiraf edib: “Biz özümüzü müxalifət elan etmişik. Əhalinin bizi müxalifət kimi qəbul etməsi üçünsə çox iş görülməlidir. Buna vaxtımız çatmadı”. Seçkinin nəticələrini aparıcı müxalifət qurumu da qəbul etmir. İyunun 1-də paytaxtda düzənlənən mitinqdə çıxış edən sabiq prezident, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan seçkini son zamanların ən dəhşətlisi adlandırıb. Ter-Petrosyan deyib ki, Erməni Milli Konqresi ona çatası mandatlardan imtina edir.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar