SON XƏBƏRLƏR

İran kəşfiyyatı və Bakı erməniləri

2021.10.20, 07:36
İran kəşfiyyatı və Bakı erməniləri

Gunaz.tv
Aslan Хalidi: "Onların arasında "Hizbullah"ın informatorları var" İran hakimiyyətinə yaхın dairələrin Azərbaycan Respublikasına ünvanlanmış hədələri davam edir. İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib. Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Хalidi açıqlamasında qorхunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini-Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təхribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər". Güneyli politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terror təşkilatları Azərbaycana qarşı terroru da üçüncü ölkənin-konkret halda Ermənistanın əlilə törədə bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar