SON XƏBƏRLƏR

Ağ Ev rəhbərini ağır sınaq gözləyir

2021.10.20, 07:36
Ağ Ev rəhbərini ağır sınaq gözləyir

Gunaz.tv
Birləşmiş Ştatlar prezidenti Barak Obama Yaxın Şərq və Avropa turnesinə çıxıb. Səfər çərçivəsində o, Qahirədə İslam ölkələrinə müraciət edəcək. Ağ Ev rəhbərini cinayətkar adlandıran Əl-Qaidə terror təşkilatı isə Misir hökumətini Barak Obamanı ölkəyə buraxmamağa çağırıb. ---------------------------------------------------------- Azərbaycanın Avropada önəmi artır Brüsseldə «Azərbaycanın Avropa və Avroatlantika məkanına inteqrasiyası - gələcək tendensiya və perspektivlər» adlı elmi-praktik konfras keçirilib. Tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov və Avropa İtifaqının Cənubi Qafqaz üzrə xüsüsi nümayəndəsi Piter Semnebi də iştirak edib. Konfransda müasir geostrateji şəraitdə Azərbaycanın mövqeyinin əhəmiyyəti qeyd edilib. Tədbirdə Azərbaycanın Avropa və Avroatlantika məkanına gələcək inteqrasiyası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar