SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD SİYASİ MƏHBUS PROBLEMİNİ HƏLL EDƏCƏYİNƏ SÖZ VERİB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD SİYASİ MƏHBUS PROBLEMİNİ HƏLL EDƏCƏYİNƏ SÖZ VERİB

Gunaz.tv
Mehdi Kərrubi İran prezidentliyinə namizəd, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi iyunun 12-də keçiriləcək seçkidə qalib gəlsə, siyasi məhbus problemini həll edəcəyini bildirib. iyunun 2-də Mazandaran əyalətinə səfər edən M.Kərrubi əyalətin mərkəzində, Sari şəhərində əhali qarşısında çıxış edərkən deyib ki, o, prezident seçilsə, ölkədə siyasi məhbus qalmayacaq: “Söz verirəm ki, prezident seçilsəm universitet rektorlarını seçmək işini tələbələrin özlərinə tapşıracam”. M.Kərrubi tələbələri mövcud şəraiti dəyişmək üçün səsvermədə fəal iştiraka səsləyib: “Tələbələr bilib agah olsunlar. Əgər ölkənin hazırkı şəraitindən narahatdırlarsa, əgər işsizliyə və bahalaşmaya son qoyulmasını istəyirlərsə, insanlara hörmətsizlik edilməsinə, tələbələrin isə zindanlara salınmasına qarşıdırlarsa, seçkiyə qatılıb öz namizədlərinə səs versinlər”. Prezidentliyə namizəd qeyd edib ki, ölkənin bütün sahələrdə təcrübəli kadrlara ehtiyac var: “Mən onların işə cəlb olunması üçün səy göstərəcəm”. Mehdi Kərrubi 1937-ci ildə İranın Loristan əyalətinin Əliqudərz şəhərində anadan olub. Milliyyətcə lordur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə Əliqudərz şəhərindən İran parlamentinə birinci dəfə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. Həmin ildə İran lideri ayətullah Xomeyninin göstərişi ilə İslam İnqilabı Şəhid Fondunu təsis edib, İran Konstitusiyasının yenidən işlənməsi üzrə fəaliyyət göstərən şuranın üzvü olub. Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olan Kərrubi sonradan bu qurumdan ayrılaraq yeni təsis edilən, nisbətən radikal təmayüllü sayılan, iqtisadiyyatın hökumətin nəzarətində olmasını istəyən Mübariz Ruhanilər Birliyinə qoşulub. 1999-cu ildə parlament seçkisinə qatılan Kərrubi İran parlamentinin sədri seçilib (Məhəmməd Xatəminin prezidentliyi dövründə). 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan M.Kərrubi məğlub olduqdan sonra seçkidə Mahmud Əhmədinejadın xeyrinə yol verilən saxtakarlıqlara etiraz olaraq tutduğu bütün vəzifələrdən, o cümlədən Mübariz Ruhanilər Birliyinin sədrliyindən istefa verərək Milli Etimad Partiyasını yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar