SON XƏBƏRLƏR

İrəvan merini ölülər seçib

2021.10.20, 07:36
İrəvan merini ölülər seçib

Gunaz.tv
Çünki dirilər başqasına səs veriblər Ermənistanın paytaxtı sayılan İrəvan şəhərində mer seçkisi bir qədər dramatik, xeyli dərəcədə də gülünc məzmunda keçib. Bu seçkidə ölüləri belə “sandıq başına aparıblar”. Onların arasında hətta yeddi il bundan öncə dünyasını dəyişənlər olub. Nəticədə hakim partiya olan “Respubluka” daha çox “səs toplayıb”. İkinci yerdə də hakimiyyətin təmsiliçisidir, üçüncü yeri “Ermənistan Ümummilli Hərəkatı” (L.T.Petrosyan) tutub. Ancaq L.T.Petrosyanın tərəfdarları hesab edirlər ki, seçkidə onların təmsilçiləri qalib gəliblər. Bütövlükdə hakimiyyəti təmsil edən qüvvələr merliyi formalaşdıracaqlar. Mer isə yerində qalıb. İndi o, tarixə “ölülərin seçdiyi paytaxt meri” kimi düşür. Hər bir halda Ermənistandakı bu seçki də diqqətləri mənfi mənada çəkmişdir. İndi müxalifət yenidən küçələrə çıxıb, “istefa” qışqırır. Bu olaylar Ermənistanda siyasi ab-havanın real məzmunu ilə bağlı maraqlı təhlillərə yol açır. Belə ki, bu seçkidən sonra orada siyasi fəallıq artmışdır. Bu fəallıq özülüyndə bir sıra ziddiyyətləri də otraya qoymuşdur. Hər şeydən öncə demək lazımdır ki, Ermənistanda siyasi mühit demokratiyadan çox uzaq durumdadır. Burada demokratik yolla siyasi qüvvələrin nəyəsə nail olması şansı çox cüzidir. Onlar həmişə pərdəarxası oyunların qurbanı olurlar. Özü də siyasi mübarizə mədəniyyəti o qədər aşağıdır ki, ağlagəlməz üsullardan belə istifadə edirlər. Siyasi mühitin demokratiyadan uzaq olması özülüyündə radikalizmi artırır. Daha dəqiq desək, müxalifətin radikallıqdan başqa yolu qalmır. Burada proseslərin Gürcüstanda olduğu kimi inkişaf edəcəyini gözləmək lazım gəlir. Qarşıdurmaların vüsət alması ilə Ermənistanda toqquşmalara yol açılmış olur. Bu da özlüyündə son dərəcə həssas bir dönəmin başlanğıcı deməkdir. O cümlədən, siyasi toqquşmaların küçə savaşına keçməsi ehtimalı qalır. Deməli, prezident seçkisindən sonra mer seçkisi cəmiyyətdəki ziddiyyətləri daha da dərinləşdirmiş olur. Bu ziddiyyətlərin dərinləşməsi cəmiyyətin daha dərin qatlarda parçalanması demək olacaq. Ona görə də növbəti seçkinin erməni cəmiyyətindəki çatları dərinləşdirdiyi qənaətini almaq olar. İkincisi, Ermənistan geosiyasi aspektdə Güney Qafqazın ən həssas məkanı sayılmalıdır. Yəni burada istənilən an siyasi-hərbi partlayışlar baş verə bilər. Bu partlayışlardan sonra cəmiyyətin hansı duruma düşəcəyi bəlli deyil. Bölgə isə sözsüz ki, daha ağır bir vəziyyətə gəlmiş olacaq. Belə getsə, həmin əsasda Ermənistanda sosial-siyasi durum bütün Güney Qafqaz üçün ən təhlükəli faktora çevriləcək. Mer seçkisi göstərdi ki, bu ölkə qanunlarla yox, kimlərinsə istəyi ilə idarə olunur. O baxımdan məsələnin necə həll ediləcəyi üzərində ilk növbədə Qərb siyasətçiləri düşünməlidirlər. Onlar Ermənistanın siyasi gələcəyi haqqında mövqelərini dəqiqləşdirməlidirlər. Belə olmasa, yaxın perspektivdə Ermənistan xaos mənbəyinə çevrilə bilər. Üçüncüsü, Ermənistanda iqtidarla müxalifətin qarşıdurması yeni mərhələyə keçmiş oldu. Bir daha aydın oldu ki, Ermənistan iqtidarı klan məntiqi ilə hərəkət edir. O, Ermənistanda bölgəçiliyi dərinləşdirən addımlar atır. Bu da hakimiyyətin öz mahiyyətindən irəli gəlir. Köhnə merin yerində qalması klançılıq və bölgəçilik əsasında Ermənistanda gərginliyin daha da arta biləcəyindən xəbər verir. Siyasi mübarizədə həmin faktorun önə çıxması uzun müddətə Ermənistan siyasi mühitində düşmənçiliyin qalacağına əsas verir. Görünür, R.Koçaryan faktoru yenidən siyasi gündəmə gələ bilər. Ancaq bunun hansı forma və məzmunda olacağını demək çətindir. Hər bir halda mənfi sürprizlər istisna deyil. Dördüncüsü, prezidentin istefası tələbi kütləviləşə bilər. Mer seçkisinin günahkarı kimi birbaşa prezidentin göstərilməsi özlüyündə düşündürücü faktordur. Bu, ölkə rəhbərliyindən ümumi narazılığın və onun legitimliyinin formal olması əlamətidir. Əhalinin əksər hissəsi indiki iqtidara müsbət münasibətdə deyil. Ermənistanda siyasi mübarizənin prezidentə qarşı etirazlar dalğasının artması formasına keçməsi özəl bir durum yarada bilər. Bu da faktiki olaraq proseslərin qeyri-müəyyən məcrada davam etməsi ehtimalının artmasına aparıb çıxaran yoldur. Bunlar Ermənistanda hər seçkinin cəmiyyəti uçuruma apardığı haqqında nəticə çıxarmağa əsas verir. Ermənistan bölgədəki proseslərdən hər mənada geridə qalmış durumdadır. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar