SON XƏBƏRLƏR

İran adlanan yerin səfirliyinin əməkdaşı MTN-ə çağrıldı!

2021.10.20, 07:36
İran adlanan yerin səfirliyinin əməkdaşı MTN-ə çağrıldı!

Gunaz.tv
Ocaqnejadın Azərbaycanda İslam inqilabını yaymaq missiyasına rəhbərlik etdiyi deyilir Xəbər verildiyi kimi, Bakıda İsrail səfirliyini partlatmağa hazırlaşarkən yaxalanan iki livanlı “Hizbullah” agenti və onlarla əlbir olan 4 Azərbaycan vətəndaşının işi üzrə aparılmış istintaq başa çatıb və ittiham aktı məhkəməyə təqdim olunub. Məhkəmə prosesi qapalı olacaq və iyunun 10-da başlayacaq. İranın “Hizbullah” və digər radikal dini qruplar vasitəsilə Azərbaycanda yeni terror aksiyaları və təxribatlar həyata keçirə biləcəyi haqda da narahatlıqlar, hüquq-mühafizə orqanlarında isə əməliyyat məlumatları var. Bu səbəbdən ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları Azərbaycandakı bir sıra dini icmaları, məscidləri və qrupları xüsusi nəzarətə götürüb. Digər sensasiya isə ondan ibarətdir ki, bugünlərdə İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin rəhbəri, ruhani Əliəkbər Ocaqnejad təhlükəsizlik orqanlarına aparılaraq orada dindirilib. Eyni zamanda hökumət orqanları şiə icmalarını, İran mədəniyyət mərkəzi ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarını nəzarətdə saxlayır. Həmçinin İranın Azərbaycanda və Gürcüstanda azərbaycanlılar arasında fəaliyyətləri araşdırılır. İranın Gürcüstan azərbaycanlıları arasında dini fəaliyyəti də hökuməti narahat edir. Qeyd edək ki, Əliəkbər Ocaqnejad həm də İranın İmam Xomeyni adına Xeyriyyə Fondunun Azərbaycandakı nümayəndəsidir. Bir müddət əvvəl Amerikadakı İran müxalif qruplarına bağlı İnternet saytları Ocaqnejadın Azərbaycanda İslam inqilabını yaymaq missiyasına rəhbərlik etdiyini və İran xüsusi xidmət orqanları üçün agentlərin “verbovkası” ilə məşğul oduğunu yazmışdı. Ocaqnejad İran səfirliyinin əməkdaşı kimi diplomatik toxunulmazlığa malikdir, lakin onun MTN-ə aparılaraq dindirilməsi göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanlarında İranın mümkün təxribatları ilə bağlı ciddi narahatlıqlar və informasiyalar var. // Yeni Müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar