SON XƏBƏRLƏR

Kürdəmirdə 1918-ci ildə ermənilər tərəfindən öldürülən insanların sümükləri aşkarlanıb

2021.10.20, 07:36
Kürdəmirdə 1918-ci ildə ermənilər tərəfindən öldürülən insanların sümükləri aşkarlanıb

Gunaz.tv
1918-ci ildə Kürdəmir rayonunda ermənilər tərəfindən öldürülən insanların skeletləri aşkarlanıb. Qayonun Qarasu kəndində yaşayan Ağaməmməd Nurməmmədov həyətyanı sahəsində quyu qazarkən insan sümükləri tapıb və dərhal polis şöbəsinə məlumat verib. Polis şöbəsi əməkdaşları və rayon mədəniyyət və turizm şöbəsinin nümayəndələri əraziyə baxış keçiriblər. Torpağın altından daha iki skelet aşkarlanıb. Rayon polis şöbəsindən və tarix-diyarşünaslıq muzeyindən bildirilib ki, ərazidə qəbiristanlıq olmayıb və tapılan hər üç insan skeleti kortəbii şəkildə torpağa basdırılıb. Mütəxəssislərin və kənd əhalisinin məlumatları onu deməyə əsas verir ki, tapılan skeletlər təxminən 90 il əvvəl ermənilər tərəfindən öldürülmüş yerli sakinlərdir. Ərazidə daha çox insan skeletlərinin olması ehtimal edilir. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Tapıntılarla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. Ərazidə arxeoloji qazıntıların aparılmasına ehtiyac duyulur. Qeyd edək ki, tarixi bilgilərə görə, 1918-ci ildə daşnak-bolşevik birləşmələri Qubada, Şamaxıda, Lənkəranda, Göyçayda və Kürdəmirdə kütləvi qırğınlar törədib. Kürdəmirin bir neçə yaşayış məntəqəsinin, o cümlədən Qarasu kəndinin sakinləri də erməni-rus birləşmələrinin hücumuna məruz qalıb. Qarasu kəndinin yaşlı sakinləri 1918-ci ildə yaşadıqları ərazidə qohum-qonşularının ermənilər tərəfindən soyqırımına məruz qaldığını bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar