SON XƏBƏRLƏR

Azər Babayev “Gələcəkdə Almaniyanın münaqişə həlli ilə bağlı daha aktiv və ədalətli mövqe nümayiş etdirməsi cox realdır”

2021.10.20, 07:36
Azər Babayev “Gələcəkdə Almaniyanın münaqişə həlli ilə bağlı daha aktiv və ədalətli mövqe nümayiş etdirməsi cox realdır”

Gunaz.tv
Bu yaxınlarda Avstriyanin Müdafiə Nazirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Liberal Siyasət naminə Vyana Beynəlxalq İnstitutunun „Münaqişə Menecmentliyi“ layihəsi çərçivəsində „Dağlıq Qarabağ uğrunda müharibə: Qafqaz regionunda böhran və münaqişələr menecmentliyi“ adlı yeni kitab nəşr edilməsi ilə bağlı məlumat verilib. Kitabda Almaniya, Avstriya, Rusiyadan və Türkiyədən region üzrə tanınmış mütəxəssislərin Qarabağ münaqişəsi barədə məqalələri toplanıb. Sevindirici haldır ki, layihədə Azərbaycandan olan gənc tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə doktorantı, Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) üzvü Azər Babayev da iştirak etmişdir. Belə ki, həmin kitabda onun “Dagliq Garabag münaqishesine Azerbaycanin mövqeyinden baxish” adlı geniş bir arashdirmasi dərc olunmuşdur. Xatırladaq ki, bu Azər Babayevin Dağliq Garabag münaqişəsi haqqında yazdığı ilk elmi məqalə deyil. Kecən il habelə Almaniyanın tanınmış “Osteuropa” jurnalında onun münaqişə ilə bağlı başqa bir arashdırması da işıq üzü görmüşdür. Azər Babayevin Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə verdiyi müsahibəni oxucularımızın diqqətinə çatdırırıq. Azər bəy, xöş gördük sizi. İlk öncə sizi araşdırmanızın kitabda yer aldığına görə təbrik edirik. Oxucularımıza kitab haqqında məlumat vermənizi istərdik. Salam Elnur bəy. Təbrikinizə görə təşəkkür edirəm. Qeyd edilən kitabda tanınmış mütəxəssislər Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, böyük güclərin bu münaqişə ilə bağlı maraqları, habelə münaqişə həllinin perspektivlərinə dair arashdırmaları yer almışdır. Burada həmçinin münaqişə ətrafında aktual vəziyyət və onun regional və geostrateji aspektleri araşdırılır. Ümumən 281 səhifəlik bu kitab münaqişə ilə bağlı 13 araşdırma-məqalədən ibarətdir. Siz araşdırmanızda Cənubi Osetiya hadisələrinin münaqişənin Azərbaycanın maraqları baxımından ədalətli həlli üçün əlavə imkanlar yaratdığı tezisini irəli sürürsünüz. Sizcə bu imkanlar nədən ibarətdir? Fikrimcə, keçən il Cənubi Osetiya hadisələrindən sonra Qərb aktorları regionla bağlı siyasətlərinə düzəlişlər etməyi can atırlar və xüsusən də Rusiya tərəfindən dövlət müstəqilliklərinin tanındığı Cənubi Osetiya və Abxaziyanın Dağlıq Qarabağ üçün president hala cevrilməsinə qarşıdırlar. Bununla yanaşı Qərb siyasi dairələri ümumən ərazi bütovlüyü prinsipinin bu tip münaqişələrin həllindən xüsusi rolunu önə çəkməyə başlayıblar. Bu məsələ də Rusiya da, göründüyü qədər, Qərblə konfrontasiyaya getmək istəmir. Digər tərəfdən Ermənistanın regional təcrid vəziyyəti Cənubi Osetiya hadisələri kontekstində bir daha üzə cıxardı ki, rəsmi İrəvan uzun müddətə Dağlıq Qarabağın müstəqilliyini təmin etmək gücündə deyil. Bu mənada regional sabitliyin, xüsusən də iki vacib qonşu dövlət – Türkiyə və Azərbaycan – ilə normal münasibətlər qurmanın əhəmiyyəti Ermənistan üçün cox artmışdır. Son dövrdə Türkiyə ilə yaxınlaşmaya rəsmi Irəvanın xüsusilə can atmasını da bu mənada dəyərlərdirmək olar. Kitabda bir cox ölkələrdən araşdırmaçılar iştirak edib və onların münaqişənin həlli ilə bağlı qısada olsa fikirlərini bilmək maraqlı olardı. Bu lahiyədə iştirak edən araşdırmacılar əsasən münaqişənin həllində əsas problemin Dağliq Qarabağın statusu məsələsi ilə bağlı olmasını önə sürürlər. Bu üzdən münaqişənin tezliklə paket həllinin mümkünsüzlüyü qeyd edilir. Amma münaqişənin sülh yolu ilə pilləli həlli real hesab olunur. Burada xüsusən diqqətimi çəkən Dağlıq Qarabagın status məsələsinin həllini dondurmaq və ilk öncə digər məsələləri həll etmkə ideyasıdır. Belə ki, işğal olunmuş ərazilər erməni qoşunları tərəfindən boşaldılır və qaçqınlar öz vətənlərinə qayıdır. Daha sonra Azərbaycan və Ermənistan arasında normal münasibətlər qurulur. Və nəhayət, iki ölkə arasında müəyyən dərəcədə (xüsusən siyasi) etimad yaranandan sonra status məsələsi ilə bağlı tərəfləri real bir nəticəyə götürə bilən müzakirələrə başlanılır. Digər vacib bir məqam xarici aktorların münaqişə həlli ilə bağlı konstruktiv mövqe tutması məsələsidir. Burada xüsusilə ABŞ-ın və Rusiyanın regionda yürütdüyü illərdən bəri hələ də ənənəvi imperial rəqabət calarlarını özündə daşıyan maraqlar siyasətininin münaqişə həllinə mənfi təsirini qeyd etmək olar. Ona görə bu iki əsas aktorun səmimi formada konfliktinin real və ədalətli həllinə calışmaları da çox vacibdir. Məncə, eyni sözləri Avropa Birliyi haqqında da söyləmək olar. Hər halda ümid edirem ki, Cənubi Osetiya hadisələri regionda xüsusi maraqlari olan xarici aktorlar ücün bir „şok“ effekti yaratmiş oldu ki, bu da onların Qarabağ münaqişəsi ilə bağlı mövqelərində daha konstruktiv olmasına müsbət təsir etməmiş deyildir. Siz Almaniyada təhsil aldığınıza görə qərbin siyasi institutları ilə təmasda olursunuz. Onlar münaqişənin həlli ilə bağlı baxışları nədən ibarətdir. Ümumi müşahidəm əsasında qısaca deyə bilərəm ki, istər siyasi, istərsə də elmi dairələrdə ərazi bütovlüyü prinsipinə etnik münaqişələrin həllində xüsusu önəm verilməsi tendensiyasi üstünlük təşkil edir. Cünki, öz müqqədəratənə təyin etmə prinsipini rəhbər tutaraq bu cür münaqişələrin həllinə calışmanın ümumən etnik-separatist tendesiyaların gücləndirməsində nə qədər təhlükəli olacaği göz qabağındadır. Və bu tendensiyanın sonda hətta dünyada sülhə və təhlükəsizliyi təhdid edə bilməsini belə istisna etmək olmaz. Gələcəkdə ola bilərmi ki, Almaniya höküməti münaqişənin həlli məsələsində fəallıq nümayiş elətdirsin və çünki,bu ölkə nədənsə bu məsələdə passiv görsənir. Unutmaq olmaz ki, son yüz ildə bölgə bu ölkənin daim diqqətin mərkəzində olub. Almaniyanın ümumən regiona diqqəti son dövrlərdə artmaqdadır. Buna aktual misal kimi bu yaxınlarda federal höküməti təşkil edən CDU/CSU və SPD fraksiyaları tərəfindən bundestaga təqdim edilən “Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanı inkişaf etdirmək” yə dair vacib bir qətnamənin qəbul olunmasını qeyd etmək olar. Qətnamədə münaqişə həlli ilə bağlıda xüsusi bənd də yer alıb. Burada bundestag alman hökümətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələr, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin bütün tərəflər tərəfindən yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə cağirir. Maraqlidir ki, bundestagin bu qətnamə ilə bağlı keçiriliən plenar iclasında, demək olar ki, bütün parlament fraksiyaları tərəfindən Azərbaycanın təxminən 20 faiz ərazisinin Ermənistan tərəfindən beynelxalq hüquqa zidd olaraq zəbt edilməsi və bunun nəticəsində yüz minlərlə insanın qaçqın düşməsi faktı vurğulanırdı. Inanmıram ki, indiyədək (Türkiyə xaricində) hər hansı ölkənin parlamentındə Qarabağla baglı bu qədər Azərbaycanın maraqları baxımında ədalətli mövqe sərgilənsin. Beləliklə buradan belə nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə Almaniyanın münaqişə həlli ilə bağlı daha aktiv və ədalətli mövqe nümayiş etdirməsi cox realdır. Sonda Azər bəy sizi bir daha təbrik edirik və inşallah səsiniz daha da ucalardan gələcək. Təşəkkür edirik suallarımıza cavablandırdığınıza görə. Təşəkkür edirəm və mən də Sizlərə gələcək fəaliyyətinizdə bitməz uğurlar arzulayıram. Sağ olun! Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar