SON XƏBƏRLƏR

İran adlanan yer mübahisəli yataqda kəşfiyyat işləri planlaşdırır

2021.10.20, 07:36
İran adlanan yer mübahisəli yataqda kəşfiyyat işləri planlaşdırır

Gunaz.tv
İran adlanan yerin neft naziri Qulam Hüseyn Nozari bəyan edib ki, İran Xəzər dənizindəki Alborz (Alov) yatağında kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bu barədə İranın xəbər agentlikləri məlumat yayıb. Nazir bildirib ki, İran bunu Iran-Alborz qazma quyusunun tikintisi məqsədilə edir. Yataq Azərbaycan və İran arasında mübahisəli ərazi hesab olunur. Ancaq nazir deyib ki, Xəzər Dənizinin hüquqi rejiminə dair məsələlər nəzərə alınıb və bu məsələdə problem yoxdur. O, bildirib ki, iki İran şirkəti kəşfiyyat layihəsi üzrə tədqiqat aparır. Xəzər dənizinin hüquqi məsələsi uzun illərdir ki, Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında müzakirə olunsa da, hələlik bir nəticəyə gəlinməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar