SON XƏBƏRLƏR

İran adlanan yer Bakıda İsrail səfirliyini partlatmaq planı iddialarını təkzib edir

2021.10.20, 07:36
İran adlanan yer Bakıda İsrail səfirliyini partlatmaq planı iddialarını təkzib edir

Gunaz.tv
İki livanlı və bir azərbaycanlı Bakıda terror ittihamları altında məhkəməyə cəlb olunub. Azərbaycan rəsmisi Frans Press agentliyinə bildirib ki, onlar Bakıda İsrail səfirliyinə hücum hazırlamaqda ittiham olunurlar. Məhkəmə mayın 27-də başlayıb və bağlı qapılar arxasında keçirilir. Ağır Cinayətlərə dair məhkəmədən agentliyə bildiriblər ki, məhkəmə prosesi İyunun 10-dək təxirə salınıb. İstintaq müəyyən edib ki, Livan vətəndaşları Azərbaycana "xüsusi terror tapşırığı" ilə gəliblər, - bunu adının çəkilməsini istəməyən məhkəmə sözçüsü deyib. Onun sözlərinə görə, həmin şəxslər Livanın Hizbullah qrupuna və Əl-Qaidə təşkilatına məxsusdurlar. Məhkəmə sözçüsünün sözlərinə görə, iki livanlı Azərbaycan vətəndaşlarını cinayətə cəlb edərək, İsrail və ABŞ səfirliklərini, eləcə də Qəbələ radar stansiyasını partlatmaq əmri alıb. O, əlavə edib ki, şübhəlilər həm də İranın ideoloji İnqilab Keşikçiləri ordusu ilə əlaqəlidirlər. "Onlar Azərbaycana İrandan gəliblər və sərhəddi keçməkdə onlara Sepah yardım edib". Sepah İnqilab Keşikçilərinin farsca adıdır. Məhkəmənin sözçüsü bildirib ki, qrupun üzvləri İsrail səfirliyi və radar stansiyası ərazisində hücuma hazırlıq məqsədilə dolaşıblar. Onun sözlərinə görə, daha əvvəl iki azərbaycanlı saxlanılıb və onların verdiyi informasiyaya əsasən qrupun digər üzvlərini tutmaq mümkün olub. Bu günlərdə Los Angeles Times qəzeti İsrael və Qərb rəsmilərinə istinadən yazıb ki, planlaşdırılan hücum Hizbullah və İranın xaricdə İsrael səfriliklərini bombalamaq niyyətinin bir hissəsidir. Məqalənin icmalını burada oxuya bilərsiniz İran iddiaları rədd edir İran isə bu xəbərləri təkzib edib və bildirib ki, İsrail səfirliyinin bombalanmasına hazırlıq barədə xəbərlər "uydurmadır". Məlumatı İranın yarı-rəsmi İSNA xəbərlər agentliyi yayıb. Xəbərdə deyilir ki, İranın rəsmi mənbələrindən biri İran və Hizbullahın Azərbaycandakı İsrael səfirliyini bombalamaq planları barədə yazılanları təkzib edib. "Bu xəbərlər əsassızdır və uydurmadır", - agentliyin xəbərinə görə, bunu "məlumatlı İran mənbəyi" deyib. Rəsmi bildirib ki, "İsrail, xüsusilə də, İranın qonşusu olan İslam ölkələrində fundamental problemlər yaradır". O, həmçinin İranla Azərbaycan arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar