SON XƏBƏRLƏR

“CONDOLLAH” TƏŞKİLATI MƏSCİDDƏKİ PARTLAYIŞI ÖZ ÜZƏRİNƏ GÖTÜRÜB

2021.10.20, 07:36
“CONDOLLAH” TƏŞKİLATI MƏSCİDDƏKİ PARTLAYIŞI ÖZ ÜZƏRİNƏ GÖTÜRÜB

Gunaz.tv
“Condollah”ın əsas hərbi bazaları Pakistan ərazisində yerləşir. İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi şəhəri olan Zahidanda bir şiə məscidində baş verən partlayışda həlak olanların sayı 25 nəfərə çatıb. Hadisədə 125 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Partlayış mayın 28-də axşam baş verib. “Media forum” saytının məlumatına görə, İran rəsmiləri hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfəri həbs etdiklərini bildirsələr də, Əbdülmalik Riginin başçılığı ilə İran bəluçlarının milli və dini hüququ uğrunda mübarizə apardığını iddia edən “Condollah” silahlı qruplaşması bəyanat yayaraq partlayışı öz üzərinə götürüb. “Condollah” həmçinin tutulanların bu təşkilatla heç bir əlaqəsi olmadığını bəyan edib. Bəyanatda şiələrin məscidində bomba partladılması məsciddə namaz qılanların Həzrət Öməri təhqir etməsi və ona qarşı nalayiq sözlər işlətməsi ilə əlaqələndirilir, hücumu “Condollah”ın üzvü olan Hafiz Əbdülxaliq Mollazehi adlı bir kamikadzenin həyata keçirdiyi vurğulanır. /itv.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar