SON XƏBƏRLƏR

Türkiyə əhalisi Ermənistanı dost ölkə hesab etmir

2021.10.20, 07:36
Türkiyə əhalisi Ermənistanı dost ölkə hesab etmir

Gunaz.tv
Türkiyə əhalisi Ermənistanı dost ölkə hesab etmir və Yerevanla diplomatik münasibətlərin qurulmasının əlehinədir. Türkiyənin Bahçeşehir universitetinin vətəndaşları arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Sorğu zamanı rəyi soruşulan respondentlərin 84 faizi Ermənistanı arzuolunmaz ölkə adlandırıblar. Anadolu türkləri üçün ən xoşa gəlməz ölkələr sırasında ikinci və üçüncü yerləri müvafiq olaraq Amerika Birləşmiş Ştatları və İsrail tutub. Sorğuda iştirak edənlər Birləşmiş Ştatları maliyyə böhranında, İsraili isə fələstinlilərə qarşı düyşmən münasibətdə ittiham edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar