SON XƏBƏRLƏR

Bəzi İsrail KİV-ləri Azərbaycanın İsraildən istəyini yayımlayıb

2025.06.21, 10:27
Bəzi İsrail KİV-ləri Azərbaycanın İsraildən istəyini yayımlayıb

Bəzi İsrail KİV-ləri Azərbaycanın İsraildən Güney Azərbaycandakı mülki əhaliyə və infrastruktura ziyan verməməklə bağlı istəyini yayımlayıb.

Gunaz.tv

Yayılan xəbərlərdə Azərbaycan hökumətinin Ərdəbildəki hərbi hədəflərin İsrail tərəfindən vurulmasından sonra İsrailə mülki əhaliyə və infrastruktura ziyan verməməklə bağlı diqqətli olması haqqında mesaj göndərdiyi bildirilib.

"Bakının bəyanatları diqqətlə hazırlanmış mövqeyi əks etdirir: Azərbaycan hökuməti həm İranda yaşayan milyonlarla azərbaycanlı ilə onun dərin mədəni və etnik əlaqələrinə diqqət çəkir, həm də İsraillə strateji müttəfiqliyini qoruyub saxlayır. Nəzərə alsaq ki, Ərdəbil kimi vilayətlərdə xeyli azərbaycanlı yaşayır, toqquşmaların böyüməsi regional gərginliyi alovlandıra, həm humanitar, həm də siyasi nəticələrə səbəb ola bilər." - xəbərdə vurğulanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti hadisələri yaxından izləməkdə davam etdiyini və bütün hərbi əməliyyatlarda mülki insanların həyatının qorunması və beynəlxalq humanitar hüquqa riayət edilməsi çağırışını bir daha təkrar etdiyini bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar