SON XƏBƏRLƏR

Erməni əsirlər “Lider”-ə ölkələrindəki ağır vəziyyətdən danışdılar

2021.10.20, 07:36
Erməni əsirlər “Lider”-ə ölkələrindəki ağır vəziyyətdən danışdılar

Gunaz.tv
Goranboy rayonu ərazisindəki hərbçilərimizə könüllü təslim olan Ermənistan ordusunun iki əsgəri hazırda Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində saxlanılır. Əməkdaşlarımız erməni əsirlərin saxlanıldığı hərbi hissədə olub, onlarla söhbət etmək imkanı əldə ediblər. Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan 38 -862 saylı hərbi hissənin yeddinci dağ atıcı alayının təlim bölüyünün əsgərləri Ohan Arutunyan və Geovork Tomasyan deyir ki, Yerevanda, hərbi çağırış məntəqəsində Ermənistanda qulluq keçəcəkləri barədə vəd verilsə də, onları avtobuslara doldurub Qarabağa, daha dəqiqi Xocalıya gətiriblər. Elə bu səbədən də onlar Azərbaycan hərbiçilərinə könüllü təslim olublar. Məqsədləri isə üçüncü ölkəyə keçməkdir. Ermənistanda ümumi abu-havanın necə olduğunu soruşduq. Əsirlər dedi ki, ölkələrində vəziyyət çox gərginləşib. Əsirlər onlara ölkəmizdə yaradılan şəraitdən ağız dolusu danışdılar və bizə hərbi xidmətdə olduqları müddətdə valideyinlərinə yazdıqları məktubları göstərdilər. Olmazın işgəncəlrinə məruz qalan əsgərləri deyir ki, bu məktubları hərbi hissədən kənara çıxartmaq heç cür mümkün olmayıb. Hazırda aidiyyatı sturukturlar erməni əsirlərlə bağlı araşdırmanı davam etdirir. Onların üçüncü ölkəyə göndərilməsi istiqamətində danışıqlar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar